Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Abdullah bin Məsud (r.a.)

Tarix: 01.02.2014 | Bu məqalə 2. 595 dəfə oxunub.

Gözəl Quran Oxuyardı

Hz. Abdullah çox gözəl Quran oxuyardı. Peyğəmbərimiz (s.ə.s.) səhabələrə Quranı dörd adamdan öyrənmələrini tövsiyə edirdi. Bunlardan biri də Hz. Abdullah idi.[4] Buxaridəki bir rəvayətə görə, Peyğəmbərimiz Hz. Abdullahdan Quran oxumasını xahiş etmişdi. İbn Məsud: “Ey Allahın Elçisi! Quran sənə nazil olduğu halda mənmi sənə oxuyacağam?!” – deyə soruşdu. Peyğəmbərimiz də: “Bəli, onu başqasından dinləmək mənim xoşuma gəlir!” – deyə cavab verdi.

İbn Məsud oxumağa başladı. “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?”[5] ayəsinə çatanda Rəsulullah: “Hələlik yetər”, – dedi, o anda gözlərindən yaş axırdı.[6]

Abdullah bin Məsudun (r.a.) Peyğəmbərimizin (s.ə.s.) yanında xüsusi yeri vardı. Bir dəfə belə buyurdu: “Məndən sonra iki adama: Əbu Bəkir və Ömərə tabe olun. Ammarın göstərdiyi yolla gedin. İbn Məsudun tövsiyələrinə riayət edin”.[7]

Bir gün Hz. Abdullah bir ağaca çıxmışdı. Bu vaxt onun arıq qıçlarını görən bəzi səhabələr gülüşdülər. Peyğəmbərimiz buna çox əsəbiləşdi və belə buyurdu: “Nə üçün gülürsünüz?! Abdullahın qıçları qiyamət günü Uhud dağından daha ağır gələcəkdir”.[8]

İbn Məsud (r.a.) Peyğəmbərimizlə birlikdə bütün döyüşlərdə iştirak etdi. Böyük qəhrəmanlıqlar göstərdi. Bədir döyüşündə yaralı vəziyyətdə olan Əbu Cəhlin başını kəsərək Rəsulullaha apardı. Peyğəmbərimizin vəfatından sonra da Yərmük döyüşünə qatıldı.

Quranı Ondan Öyrənin

Hz. Abdullah Suffə səhabələrindən idi. Rəsulullaha (s.ə.s.) yaxın olan, on­dan nadir hallarda ayrılan, ömrünü Qurana həsr edən və Rəsulullahın hüzuruna icazəsiz girib-çıxa bilən Hz. Abdullahın elminin tayı-bərabəri yox idi. Təfsir elmində xüsusi bir yeri vardı. Özü bu barədə belə deyir: “Allaha and olsun ki, Allahın Kitabından heç bir surə yoxdur ki, onun harada nazil olduğunu, heç bir ayə yoxdur ki, nə üçün nazil olduğunu kimsə məndən yaxşı bilsin. Əgər gedə biləcəyim məsafədə Allahın Kitabını məndən daha yaxşı bilən insanın olduğunu öyrənsəm, mütləq dəvəmə minib onun yanına gedərəm”.[9]

Hədis Elmindəki Yeri

İbn Məsud (r.a.) hədis elmində də məşhur idi. 848 hədis rəvayət etdi. Hədis rəvayət edərkən çox ehtiyatlı davranardı. Bənizi saralar, rəngi dəyişərdi. Çox vaxt “Rəsulullah buyurdu” deməz, onun adından yalan danışmaqdan qorxardı. Onun rəvayət etdiyi hədislərdən bir neçəsi belədir:

Rəsulullah (s.ə.s.): “Qəlbində zərrə qədər qürur olan kimsə cənnətə girə bilməz”, ‒ bu­yurdu. Bir nəfər: “Ya Rəsu­lal­lah, insan paltarının və ayaqqabılarının gü­zəl olmasını istəyir (bu da qürur sayılırmı?)”, ‒ dedi. Rəsulullah (s.ə.s.): “Şübhəsiz ki, Allah gözəldir və gözəlliyi sevər. Qürur isə özünü hamıdan üstün tutaraq haqqı inkar etmək və insanlara yuxardan aşağı baxmaqdır”, ‒ buyurdu.[10]

Davamı: 1 2 3

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.