Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allahın aslanı

Tarix: 05.05.2013 | Bu məqalə 484 dəfə oxunub.

 

Allah Rəsulu (s.a.s.) Həmzə ibn Əbdülmüttəlibə (r.a.) dö­yüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə “Allahın as­lanı” ləqəbini vermişdir. O, Bədir döyüşü günü özü haqqında: “Mən Allahın və Rəsulunun aslanıyam,” – demişdir. Peyğəmbərimiz bir hədisində “Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, yeddi qat göydə “Həmzə ibn Əbdülmüttəlib Allahın və Rəsulunun aslanıdır” yazılıb” deyə buyurmuşdur.[1]

Həzrət Həmzənin ləqəblərindən biri də “şəhidlərin sultanı” mənasını verən “Seyiddüş-şühəda”dır.



[1] Deyləmi, əl-Firdövs, IV, 376-377 (no. 7094).