Səhabələr

Baba Abdulmuttalibin himayəsi

Hz. Əminənin vəfatı ilə Sultanlar Sultanının  qalması hamı kimi Abdulmuttalibi də kədərləndirmişdi. Abdulmuttalib nəvəsinə ata-ana məhrumiyyətini hiss etdirməməyə çalışır və Onun üstündə tir-tir əsirdi.

Kəbənin kölgəsində Abdulmuttalib üçün bir yer (taxt) düzəldilmişdi və o, insanlarla burada görüşüb-danışır, Məkkə ilə bağlı işləri burada həll edirdi. Öz oğlanları da daxil olmaqla, heç kim hörmət əlaməti olaraq, onun yerində oturmaz, insanlar ətrafında halqa qurub  yerdə əyləşərdilər. Məkkədə bu qaydaya yalnız bir insan əməl etmirdi: Abdullahın əmanəti Məhəmməd. Məhəmməd babasının yanında oturar, baş sarığının arxasından tutub çəkərdi. Onun bu hərəkətinə mane olmaq istəyənlərə Abdulmuttalib:

− Mənim oğulcuğumla işiniz olmasın, Ona dəyməyin. Allaha and olsun ki, Onun gələcəyi çox parlaq, durumu çox ciddidir, − deyər, kürəyini sığallayıb yanında oturdardı.[1] Aydın idi ki, Onun bu hərəkətləri Abdulmuttalibin də xoşuna gəlir və gələcəyinə böyük ümidlər bəslədiyi nəvəsinə kimsənin dəyib-dolaşmasına könlü razı olmurdu.

Davamı: 1 2 3 4 5 6