Səhabələr

Bütün Peyğəmbərlərin müştərək istəyi

Son Nəbinin gələcəyi ilə bağlı müjdələr Hz. İbrahimlə bitmirdi. Hz. Adəmdən başlayaraq Allah Rəsuluna qədər bütün peyğəmbərlər Ondan bəhs etdiyi kimi, Hz. İbrahimdən sonra gələcək hər peyğəmbər də öz ümməti ilə eyni müjdəni bölüşəcəkdi. Çünki bu, onlar üçün bir vəzifə idi. Allah (c.c.) onlara bu cür səslənmiş, sonra da hər birindən bu xüsusda belə bir əhd almışdı:

− Sizə verdiyim kitab və hikmətdən sonra sizdə olanı (kitabı) təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz. Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?

Onlar da:

− Təsdiq etdik! – deyə cavab vermişdilər.

Allah:

− Elə isə, (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm, − deyə buyurmuş və əlavə etmişdi:

− Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir)”.[1]

 Hz. Adəm iftar vaxtını gözləyərkən bir qədər  tələsəcək və tövbə üçün əllərini qaldırıb Rəbbinə yalvararkən gözləri bir anlığa ərşin dirəkləri üzərindəki yazıya sataşacaq və duasını bu şəkildə dəyişdirəcəkdi:

− Allahım! Səndən “Muhammədur-Rəsulullah” haqqı üçün əfv diləyirəm.

Duanın yönəldiyi məqamdan gələn nida:

− Hələ yaratmadığım halda, sən Məhəmmədi haradan tanıyırsan?− deyirdi.

Bundan sonra Hz. Adəm böyük hörmət və ehtiramla bunları söyləyir:

− Ey Rəbbim! Başımı qaldıranda ərşin sütunları üstündə bu yazının həkk edildiyini gördüm: “Lə ilahə illəllah, Muhammədur-Rəsulullah”.

Bilirəm ki, Sən adının yanına ancaq yaradılmışların ən xeyirlisinin ismini yaraşdırar və adınla onun adını yan-yana nəqş edərsən!

Bu qədər səmimi və ürəkdən gələn diləyə belə bir nida gəlir:

− Doğru söyləyirsən, ey Adəm! Şübhəsiz ki, O, Mənim üçün məxluqatın ən sevimlisidir. Onun hörmətinə dilədiyin müddətdə səni mütləq bağışlayaram! Çünki Məhəmməd olmasaydı, Mən səni də yaratmazdım.[2]

Davamı: 1 2 3 4