Səhabələr

Fil hadisəsi

Abdulmuttalibin başqa bir qayğısı da var idi. Həbəşistan məliki (kralı) Nəcaşinin Yəməndəki valisi Əbrəhə ordusunu toplayıb Kəbəni dağıtmağa gəlirdi. Bu adam insanların ibadət məqsədi ilə Kəbəyə üz tutmasına qısqanclıqla yanaşır, alternativ kimi öz torpaqlarında yerləşən Sənada böyük məbəd tikdirir. Ehtişam və əzəmətini tamamlamaq üçün bütün imkanlarını səfərbər etmiş və məbədi o dövrün ən məşhur  bəzəkləri ilə süslətmişdi. O, bunları edərkən Bizans imperatorundan da dəstək alırdı. Məqsədi həcc ibadəti üçün Kəbəyə gedən insanların istiqamətini bu kilsəyə tərəf döndərmək idi. Bunu Həbəşistan hökmdarı Nəcaşiyə yazdığı məktubda açıq-aşkar bildirirdi:

− Ey məlik! Sənin üçün elə bir kilsə inşa etdirdim ki, səndən əvvəl heç bir məlik üçün ona oxşar məbəd tikilməmişdir. Həcc vəzifələrini yerinə yetirmək üçün ərəbləri bura cəlb etməyincə niyyətimdən əsla dönməyəcəyəm.[1]

Ancaq bünövrəsi təqva və səmimiyyətlə qoyulan bir məkana (Kəbəyə) alternativ məbəd tikdirib insanların ayağını oradan kəsmək mümkün deyildi. Eyni zamanda bu dəvəti heç kim qəbul etməmişdi.

Həccə gələnlərin yönünü dəyişdirmək üçün Əbrəhənin kilsə tikdirdiyini eşidən Kinanəoğullarından bir nəfər xəlvətcə gedib həqarət məqsədilə həmin kilsənin içini və çölünü murdarlamış, üstəlik əlinə keçən pis, murdar şeyləri gətirib kilsənin içinə tökmüşdü.

Davamı: 1 2 3 4 5 6 7