Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Həzrət Əlinin ləqəbləri

Tarix: 06.05.2013 | Bu məqalə 2. 901 dəfə oxunub.

Həzrət Əlinin də digər xəlifələr kimi çoxlu ləqəbi var. “Əbu Turab”[1], “Heydər”[2], “Əsədullah” və ya “Əsədü-Rəsulullah” (Allahın aslanı), “Şiri-yezdan”, “Şiri-buda”[3], “Seyidül-ərəb”[4], “Əl-faruqul-əkbər”, “Əl Murtəza”,[5], “Əl-fətva və qasımun-nar”[6] və bir də hicrət zamanı fədakarlıq edib Rəsulullahın (s.a.s.) yatağında yatdığına görə “Fəddaiyyül-hicreyi” ləqəbləri ilə yad edilmişdir. “Əsədullah” və ya “Əsədü-Rəsulillah” ləqəbi Həzrət Əlidən başqa Həzrət  Həmzə və Həzrət Əl Müğirə ibn əl Həris ibn Əbdülmüttəlibə də verilmişdir.[7]



[1] M.Yaşar Kandemir, “Ebu Turab”, DİA., İstanbul 1994, X, 243. Məsciddə torpaq üstündə yuxuya getdiyini görüb, onu “torpağın atası” mənasını verən bu ləqəblə səsləyib “Qalx”  demişdir.

[2] “Heydər” sözü ərəb dilində aslana, xüsusilə, “aslanlar arasında hökmdar kimi vüqarla dayanan erkək aslan”a verilən addır. Aslan qalın boynuna və güclü pəncələrinə görə belə adlandırılmışdır. (DİA., “Haydar”, DİA., İstanbul 1998, XVII, 24). Gördüyümüz kimi ərəblərdə güc, qüvvət, cəsarət və qəhrəmanlıq simvolu sayılan aslan mənasında “Heydər” sözü işlənmişdir. Bu ləqəb Həzrət  Əliyə (r.a.) Xeybər döyüşündə göstərdiyi qəhrəmanlığa görə verilmişdir. DİA., açə. XVII, 24.

[3] Bunlar da Allahın aslanı mənasına gəlir.

[4] Peyğəmbərimiz: “Mən adəm övladının rəhbəriyəm, Əli də ərəblərin” – buyurmuşdur. Fuad Salih, səh. 166.

[5] Fığlalı, “Ali b. Ebi Talip” DİA., İstanbul 1995, II, 374. Mürtəza – bəyənilmiş, seçilmiş.

[6] Fuad Salih. Elkab , səh. 26-27. əl-Fəta “igid” deməkdir.

[7] Ali Aksu, Asr-ı saadet ve Emeviler döneminde lakap takma ve halifelerin lakapları, CUİFD.