Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Həzrət Osmanın ləqəbi

Tarix: 06.05.2013 | Bu məqalə 501 dəfə oxunub.

 

Osman ibn Affanın ləqəbi “Zin-nureyn”dir. Həzrət  Osman Rəsulullahın (s.a.s.) iki qızı ilə – əvvəlcə Həzrət Ruqiyyə ilə, onun vəfatından sonra isə Ümmü Gülsümlə ailə qurmuşdur. Həzrət Ümmü Gülsümün vəfatından sonra Peyğəmbərimiz (s.a.s.): “Üçüncü qızım olsaydı, onu da Osmana verərdim” demişdir.[1] Həzrət Osman məhz Rəsulullahın iki qızını aldığına görə “iki nur sahibi” mənasına gələn “Zin-nureyn” ləqəbi ilə tanınmışdır.



[1] İbn Həcər əl-Əsqalani, Təhzibüz-təhzib, Heydərabad 1325, VII, 139, XII, 345; İbnül-Cövzi, Sifətüs-Safvə, Heydərabad, 1355, I, 113; İbnül-Əsir, Üsdül-ğabə,  III, 481-482.

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.