Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Həzrət Əbu Bəkrin (r.a.) ləqəbləri

Tarix: 06.05.2013 | Bu məqalə 1. 005 dəfə oxunub.

Fəzilətinə görə ən üstün səhabə mötəbər əqayid kitablarında da bildirildiyi kimi Həzrət Əbu Bəkirdir. Allah Rəsulu buyurur: “Həzrət Əbu Bəkrin imanı tərəzinin bir gözünə, ümmətin imanı isə digər gözünə qoyulsa, Əbu Bəkirin imanı ağır gələr”.

Həzrət Əbu Bəkrin bir çox ləqəbi olmuşdur. Ən məşhuru “əs-Siddiq”dir. “Çox səmimi”, “sadiq”, “verdiyi sözə əməl edən” mənalarına gələn bu ləqəbi ona Rəsulullah (s.a.s.) vermişdir. Bu ləqəb adətən onun künyəsi ilə yanaşı işlənmiş, “Əbu Bəkir Əs-siddiq” şəklində deyilmiş və yazılmışdır. Həzrət Əbu Bəkir Peyğəmbərimizi (s.a.s.) ilk təsdiq edən səhabələrdəndir. Merac hadisəsini kafirlərin inkarına baxmayaraq, tərəddüdsüz qəbul etdiyi üçün Rəsulullahdan bu ünvanı almışdır.[1] Onun başqa bir ləqəbi isə “Atiq”dir. “Səxavətli, gözəl, azad edilmiş” kimi mənalara gələn bu ləqəb bəzi rəvayətlərə görə anası tərəfindən verilmiş, bəzi rəvayətlərə görə isə, xeyirxah işlər gördüyü, siması və əxlaqı gözəl olduğu üçün qoyulmuşdur.[2]

Davamı: 1 2