Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hz. Əbu Bəkir dövründə səhabələrin hərb əsnasında İslamı təbliğ etməsi

Tarix: 08.05.2013 | Bu məqalə 810 dəfə oxunub.

Hz. Əbu Bəkrin sərkərdələrinə verdiyi əmr

Səid b. Müseyyəb rəvayət edir: “Həzrəti Əbu Bəkir (r.a.) ordularını Şam istiqamətinə göndərəndə onlara Yezid b. Əbu Süfyan, Amr b. As və Şürahbil b. Hasənəni sərkərdə təyin etdi. Əsgərlər miniklərinə minib yola düşdülər, Əbu Bəkir də Səniyyətul-Vədaya qədər gedib onları yola saldı. Əsgərlər: “Ey Rəsulullahın xəlifəsi, biz miniklərimizin belindəyik, amma sən piyadasan!” – dedilər. Müsəlmanların Xəlifəsi: “Bu addımlarımın Allah yolunda olduğunu düşünürəm,” – deyərək bu tövsiyələri verdi:

– Sizə Allahın əmrlərinə müxalif olmaqdan çəkinməyi tövsiyə edirəm. Allah yolunda cihad edin. Allaha inanmayanlarla döyüşün. Allah dininin yardımçısıdır. Qənimət mallarından oğurlamayın, xəyanət etməyin, qorxmayın, yer üzündə fəsad çıxarmayın, əmrlərə itaətsizlik etməyin. İnşaallah, düşmənlə qarşılaşanda onları üç şeyə çağırın. Təkliflərinizi qəbul etsələr, onlara toxunmayın. Əvvəl onları müsəlman olmağa dəvət edin. Qəbul etsələr, siz də onların müsəlmanlıqlarını qəbul edin və onlara toxunmayın. Sonra onları mühacirlərin yurdu Mədinəyə köç etməyə çağırın. Bunu etdikləri təqdirdə mühacirlərin lehinə və əleyhinə olan bütün haqların onlara da şamil edildiyini bildirin. Müsəlman olub öz yurdlarında qalmaq istəyərlərsə, digər müsəlman ərəblər kimi onlara da Allahın fərz buyurduğu hökmlərin icra ediləcəyini, amma Allah yolunda cihadda iştirak edənə qədər xərac və qənimət mallarından onlara pay verilməyəcəyini, xüsusilə, bildirin. İslamı qəbul etsələr, cizyə verməyə çağırın. Cizyə verməyi qəbul etsələr, siz də qəbul edib onlara toxunmayın. Buna da razı olmasalar, Allahdan yardım diləyib onlarla döyüşün. Xurma ağaclarını kəsməyin, yandırmayın, heyvanları öldürməyin, meyvə ağaclarına toxunmayın. Xristian və yəhudilərin ibadət yerlərini dağıtmayın, uşaqları, qocaları, qadınları öldürməyin! Kilsələrə qapanmış bəzi insanlar görəcəksiniz: bir şeyə qarışmadıqları təqdirdə onları öz halları ilə baş-başa buraxın. Yenə bəzi insanlar görəcəksiniz ki, şeytan üçün başlarının ortasını təraş etmişlər. Bunlara rast gəldiyiniz vaxt boyunlarını vurun.[1]

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.