Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Müslim ibn Haris Ət-Təmiminin insanları İslama dəvət etməsi və bunun mükafatı

Tarix: 08.05.2013 | Bu məqalə 433 dəfə oxunub.

Haris ibn Müslim atasının belə nəql etdiyini rəvayət edir: “Peyğəmbər (s.ə.s.) bizi bir dəstə halında bir yerə göndərdi. Döyüş mövqeyinə çatanda atımı qabağa sürüb yoldaşlarımı geridə qoydum. Qarşıma uğultu ilə gələn bir qəbilə çıxdı. Mən dərhal: “Lə iləhə illəllah deyin ki, nicat tapasınız,” – dedim. Onlar da istəyimi yerinə yetirdilər. Yoldaşlarım gəlib çatanda məni qınadılar və:

– Bizi əlimizə düşmüş bir qənimətdən məhrum etdin, – dedilər. Geri qayıdan baş hadisəni Allah Rəsuluna danışdılar. Peyğəmbərimiz məni çağırdı, etdiyim hərəkəti çox gözəl qarşılayıb tərifləyərək: “Bunu yaxşı bil ki, Allah-Təala o insanların hər birinə müqabil sənə filan qədər savab yazdı,” – buyurdu. Çünki onların  qurtuluşuna vəsilə olmuşdum.

Sonra Peyğəmbərimiz (s.ə.s.): “Bax məndən sonra gələcək müsəlmanların imamına sənin haqqında bir məktub yazacaq, ona səni mühafizə etməyi tövsiyə edəcəyəm,” – buyurdu. Dediyini etdi. Məktubunu möhürləyib mənə verdi və buyurdu: “Səhər namazını qılınca heç kimsə ilə danışmadan yeddi dəfə: “Allahım! Məni atəşdən qoru!” – deyəcəksən. Əgər o gün ölsən, Allah sənin haqqında “Atəşdən qorunmuşdur” yazar. Axşam namazını qılınca yenə heç kimsə ilə danışmadan yeddi dəfə: “Allahım! Məni atəşdən qoru”, – deyəcəksən. O gecə vəfat etsən, sənin üçün Allah “Atəşdən qorunmuşdur” yazar”.

Peyğəmbərimiz dünyasını dəyişəndə məktubu Həzrəti Əbu Bəkrə gətirdim. Açıb oxudu, mənə kömək edilməsini əmr etdi və məktubu möhürləyib qaytardı. Sonra məktubu Həzrəti Ömərə gətirdim, o da Hz. Əbu Bəkir kimi etdi. Sonra Həzrəti Osmana gətirdim, o da elə hərəkət etdi.

Bu şəxsin oğlu Müslim deyir ki: “Atam Haris Həzrəti Osmanın xəlifəliyi dövründə öldü. Ömər b. Əbdüləziz xəlifə olana qədər məktub yanımızda qaldı. Ömər b. Əbdüləziz xilafət məqamına keçincə bizim bölgənin valisinə bu təlimatı verdi: “Müslüm ibn Harisi Peyğəmbərimizin (s.ə.s.) atasına yazdığı məktubla birlikdə mənim yanıma göndər!”

Mən də məktubu apardım. Oxudu, mənə kömək edilməsini əmr etdi və sonra məktubu möhürlədi”.[1]



[1]. el-Hindi, Kənzul-Ummal, 13/343 (37003)

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.