Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Bir ikindi vaxtı Allah Rəsulu (s.ə.s.) Nəccaroğulları məhəlləsini tərk edərək Bədrlənmiş ay kimi Mədinədə çıxır.[1]  Hz. Əbu Bəkir arxada, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) isə öndə idi. Artıq Yəsrib Allah Rəsulu ilə eyniləşəcək və “Məhəmmədin şəhəri” mənasında “Mədinətü-Məhəmməd” kimi xatırlanacaq, sonralar da Mədinə adlanacaqdı.[2]

Mədinədə böyük bir  bayram yaşanırdı: bəzi gənclər nizələri ilə dairəvi şəkildə halay  çəkir,[3] bəziləri də şeirlərlə Peyğəmbərimizi qarşılayırdılar. Artıq hər şeyə, hər yerə aydınlıq çökmüşdü və Mədinəyə görünməmiş bir sevinc hakim kəsilmişdi. İnsanların üzündə təbəssüm vardı.  Mədinə üfüqlərində uşaqların səsi ucalırdı və sanki Məkkədə olanları unutdurmaq istəyirdi bu səs:

− Budur, Rəsulullah gəlib, − deyə bu sevinclərini dilə gətirir, bu hadisəni belə  tərənnüm edirdilər:

− Ay doğdu üstümüzə Səna təpələrindən! Bizi xeyrə dəvət edən aramızda qaldığı müddət ərzində şükür vacib oldu bizə![4]

Ey aramıza göndərilən Elçi! Şübhəsiz ki, Sən itaət edilməli bir işlə bizə gəldin,[5] − deyən mədəniyyətin beşiyi Mədinə Peyğəmbərimizi bağrına basırdı.

Digər tərəfdə isə əlindəki dəfə vuraraq ritm tutan bəzi adamlar:

− Biz Nəccaroğullarnın qonşularıyıq. Nə xoşbəxtik ki, Məhəmməd bizə qonşu oldu, − deyə sevinən insanlara Allah Rəsulu (s.ə.s.) da belə qarşılıq verir:

− Allah bilir ki, Mən də sizi sevirəm![6]