Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Şeyxülislam

Tarix: 05.05.2013 | Bu məqalə 466 dəfə oxunub.

Şeyxülislam deyəndə Quranı araşdıran, Allah Rəsulunun sünnəsinə əməl edən, Quranın hökmlərini, qiraət şəkillərini, mənsux (hökmü ləğv edilmiş) ayələri mükəmməl bilən, mütləq ayələrin əmrlərini yerinə yetirən, eyni zamanda mütəşabih ayələrə inanan, istinad, nəql və əməl baxımından sünnəni öyrənmək, Quran və sünnədə əsas və ikinci dərəcəli məsələləri ayırd etmək üçün Ərəb dilinin bəzi xüsusiyyətlərini yaxşı bilən, fərz əmrləri layiqincə yerinə yetirən, Allahın əmrlərinə boyun əyən, bilmədən yanlış bir şey danışmaqdan qorxan, güahsız olduğunu iddia etməyən və göstərilən hörmətə sevinməyən şəxs nəzərdə tutulur.

İslamda şeyxülislam ünvanı ilə ilk dəfə Həzrət Əbu Bəkirə (r.a.) müraciət edilmişdir.[1] Təfsirlərdə “Bunlar iman edənlərlə qarşılaşdıqları vaxt “Biz də möminik” deyərlər”. Amma şeytanlarla baş-başa qalanda “Əmin olun, biz sizinlə bərabərik, iman əhlini məsxərəyə qoyurduq” deyərlər” (“Bəqərə” surəsi, 2/14) ayəsi ilə bağlı bir qeyd var: “Abdullah ibn Ümeyr Həzrət Əbu Bəkirə: “Əssəlamu-əleykum, ey Bəni-Təmimin rəhbəri və şey­xülislam olan Siddiq” – dedi”.[2]

Bu da bir həqiqətdir ki, səhabələrin zamanında şeyxülislam ünvanı Həzrət Əbu Bəkirlə yanaşı Həzrət Ömər haqqında da işlədilmişdir. Onlara iki şeyx mənasında “Şeyxeyn” deyilmişdir.

İlk dövrün alimləri Quranı və sünnəni araşdıran, dünyəvi və dini elmləri dərindən bilən insanlara şeyxülislam deyirdilər. Bəzən də “vəli” (övliya) məqamına çatan şəxslər də şeyxülislam adlandırılırdı. Səadət əsrində şeyxülislam ünvanı daha çox bu iki səhabəyə – Həzrət Əbu Bəkir və Həzrət Ömərə şamil edilmiş, digər məşhur səhabələr haqqında işlənməmişdir. Hətta Həzrət Əli də şeyxülislam ünvanını Həzrət Əbu Bəkir və Həzrət Ömər haqqında işlətmişdir.[3]



[1] Kəttani, Təratibül-İdariyyə, 1/83.

[2] Vahidi, Əsbabün-nüzul, səh. 12; Əbusuud, İrşadü-Əqlis-Səlim, 1/46.

[3] Kəttani, Təratibül-İdariyyə, 3/177.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.