Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Xronologiya

Tarix: 23.05.2013 | Bu məqalə 2. 200 dəfə oxunub.
 Məkkə dövrü
569
  • “Fil” hadisəsi baş verir və Əbrəhənin ordusu Məkkə yaxınlığında yerlə-yeksan olur.
  • Peyğəmbərimiz (s.ə.s.), (“Fil” hadisəsindən 52 gün sonra)  h.ö. rəbiül-əvvəl ayının 12-də bazar ertəsi anadan olur.
  • Süd anası Həliməyə verilir.
574
  • Süd anası tərəfindən Məkkəyə gətrilərək anası Əminəyə təslim edilir.
575
  • Peyğəmbərimizin anası Hz. Əminə Əbvada vəfat edlincə dayəsi Ümmü Əymən Onu Məkkəyə gətirərək babası Əbdülmütəllibə təslim edir.
577
  • Babası Ədülmətəllib vəfat edir. Ölmədən öncə oğlu Əbu Talibə Onu himayə edib böyütməsini  vəsiyyət edir.
578
  • Əmisi Əbu Taliblə birlikdə ticarət karvanı ilə Suriyaya gedir.
589
  • “Ficar” müharibələri və Hilfül-füdül sülh müqaviləsində iştirak edir.
594
  • Hz. Xədicənin ticarət karvanına başçılıq edərək Busra şəhərinə gedir.
  • Hz. Xədicə ilə evlənir.
605
  • Qureyş Kəbəni təmir edir, Peyğəmbərimiz də Həcərül-Əsvədin yerinə yerləşdirilməsi məsələsində hakimlik edir.
610
  • Nur dağında, Hira mağarasında ikən ilk vəhy gəlir; “Ələq” surəsinin ilk beş ayəsi nazil olur. (27 ramazan)
613
  • “Müddəsir” surəsi nazil olmağa başlayır. Açıq dəvət Allah-Təala tərəfindən əmr olunur. Bu məqsədlə yaxın qohum-əqrabasını İslama dəvət etməyə başlayır.
614
  • Müşriklərin zəif müsəlmanlara təzyiq və işgəncələri başlayır.
615
  • Həbəşistana ilk hicrət. (12 Nəfərlik heyət Həbəşistana hicrət edir.)
616
  • Hz. Həmzə və Hz. Ömər müsəlman olur.
  • Müsəlmanlar Darul-Ərqamdan çıxaraq açıq təbliğə başlayırlar.
  • Həbəşistana ikinci hicrət. Cəfər ibn Əbu Talibin başçılığında 106 nəfərlik köç karvanı hicrət məqsədi ilə Məkkədən ayrılır.
  • Şəqqül-Qəmər möcüzəsi baş verir.
  • Qureyşin Hz. Məhəmmədə (s.ə.s.) təzyiqləri artınca Haşimoğulları və Mütəlliboğulları Onu (s.ə.s.) qorumaq və müdafiə etmək məqsədi ilə Əbu Talibin məhəlləsində toplaşır.
  • Müşriklər onların müqavimətinə qarşı sosial-iqtisadi baykot başladır.
619
  • Boykot sona çatır
620
  • “Hüzn ili”. Əbu Talib və Hz. Xədicə vəfat  edir.
  • Peyğəmbərimiz Sevda binti Zəma ilə evlənir. (Ramazan).
  • Zeyd ibn Harisə ilə birlikdə Məkkədən ayrılaraq təbliğ üçün Taif şəhərinə gedir.
  • Rəsulullah Mutim ibn Ədiyin himayədarlığında Məkkəyə geri dönür.(Şəvval ayı)
  • Cinlərdən bir heyət müsəlmanlığı qəbul edir
  • Həc vaxtı Mədinənin Xəzrəc qəbiləsindən altı nəfərlik bir heyət Hz. Peyğəmbərlə (s.ə.s.) Əqabə deyilən yerdə gizlicə görüşdükdən sonra müsəlman olur. (Zilhiccə).
621
  • İsra və merac hadisəsi baş verir. Beş vaxt namaz fərz olur  (27 rəcəb).
  • Birinci Əqabə beyəti gerçəkləşir. Peyğəmbərimiz (s.ə.s.) İslam dinini təbliğ etmək üçün Musab ibn Ümeyri Yəsribə (Mədinəyə) göndərir. (Zilhiccə).
622
  • İkinci Əqabə Beyəti. Rəsulullah Mədinəyə dəvət olunur.(Zilhiccə).
 Mədinə dövrü
1/622
  • Müsəlmanlar İkinci Əqabə beyətindən sonra Mədinəyə hicrət etməyə başlayır. (Məhərrəm).
  • Məkkə müşrikləri Darün-nədvədə yığıncaq keçirərək Hz. Peyğəmbəri öldürmək üçün qərar alırlar. (26 səfər).
  • Peyğəmbərimiz (s.ə.s.) Hz. Əbu Bəkirlə birlikdə Məkkədən ayrılaraq Sevr mağarasına sığınır. (26 səfər).
  • Sevr mağarasından ayrılaraq Mədinəyə tərəf yola çıxırlar.
  • (1 Rəbiül-əvvəl).
  • Mədinə yaxınlığındakı Quba qəsəbəsinə çatırlar.(8 rəbiül-əvvəl).
  • İslamiyyətdə ilk bünövrəsi qoyulan bina Quba məscidi inşa edilir. (Rəbiül-əvvəl).
  • Rəsulullah (s.ə.s.) Quba qəsəbəsində ayrılır. Yol üstündə Ranunə vadisində ilk cümə namazını qıldırır. Həmin gün Mədinəyə gəlib çatır. Əbu Əyyub Əl-Ənsarinin evinə yerləşir.(12 rəbiül-əvvəl).
  • Məscidi-Nəbəvinin (Peyğəmbər məscidinin) və Hücreyi-Səadətin inşaatına başlanılır. (Təxminən səkkiz ay davam etmişdir.)
  • Namaza çağırış üçün əzan oxumaq qərarı verilir.
  • Ənsarın ilk müsəlmanlarından olan Əsad ibn Zürarə vəfat edir.
  • Mühacirlərdən ilk uşaq – Abdullah ibn Zübeyr dünyaya gəlir.
1/623
  • Mühacirlərlə ənsar arasında qardaşlıq bağı qurulur (müahətə).
  • “Mədinə məqaviləsi”, ilk konstitutsiya qəbul edilir. Mədinə şəhər dövlətinin sərhədləri təyin edilir.
  • Düşmənlə lazım gələndə silahlı mübarizə aparmağa icazə verən ayə nazil olur.
  • Hz. Həmzə başçılığında  Seyfül-bəhr səriyyəsi gerçəkləşir.(Ramazan ayı)
  • Peyğəmbərimiz Hz. Aişə anamızla evlənir.(Şəvval).
  • Məscidi-Nəbəvinin inşası başa çatır.
  • Sad ibn Əbu Vəqqas Hərrar səriyyəsinə başçılıq edir.(Zilqadə)
  • Mədinə şəhərində müsəlmanlar tərəfindən alış-veriş və bazar yeri qurulur.
  • Məscidi-Nəbəvinin içində  Suffə məktəbi təşkil olunur.
2/623
  • Əbva (Vəddan) qəzvəsi (Səfər ayı)
  • Buvat qəzvəsi
  • Birinci Bədir (Səfəvan) qəzvəsi
  • Üşeyrə (Zül-üşeyrə) qəzvəsi
 2/624
  • Abdullah ibn Cəhşin başçılığında Bətni-Nəhlə səriyyəsi (Rəcəb ayı)
  • Qiblənin dəyişməsi. Qiblə Məscidül-Əqsada istiqamətindən (Qüdsdən )Kəbəyə-Məkkə istiqamətinə çevrilir.
  • Oruc və zəkat fərz olur. (Şaban).
  • Təravih namazı qılınmağa başlanır. (1 ramazan).
  • Bədir qəzvəsi (17 ramazan).
  • “Ənfal” surəsi nazil olur.
  • Peyğəmbərimizin qızı Hz. Rüqəyya vəfat edir. (Ramazan).
  • Fitr sədəqəsinin (fitrə) verilməsi əmr edilir. (Ramazan).
  • İlk Ramazan bayramı qarşılanır və bayram namazı qılınır. (1 şəvval).
  • Bəni Qaynuqa Qəzvəsi (Şəvval).
  • Hz. Əli ilə hz. Fatimə anamız evlənir. (Zilqadə-zilhiccə)
  • Səvik qəzvəsi (5 zilhiccə)
  • İlk Qurban bayramı (10 zilhiccə).
  • Mühacirlərdən Osman ibn Məzunun vəfatı ilə Cənnətül-baqinin ərazisi qəbristanlıq yeri olaraq təyin edilir.
3/624
  • İslamın amansız düşməni  Kab ibn Əşrəf öldürülür.
  • Qatafan qəzvəsi (Rəbiül-əvvəl)
  • Bəhran (Bəni-Süleym) qəzvəsi
  • Hz. Osman (r.a.) Peyğəmbərimizin qızı Ümmü Gülsüm ilə evlənir
3/625
  • Hz. Həsən Əfəndimiz dünyaya gəlir. (Şaban və ya  ramazan ayı).
  • Uhud qəzvəsi (7 və ya 11 şəvval).
  • Hamraul-Əsəd qəzvəsi (Mədinədən çıxış, 8 və ya 12 şəvval).
  • Miras haqqında hökmlər nazil olur
  • Çoxevlilik qadağan edilir
  • Bəni-Əsəd səriyyəsi
4/625
  • Rəci faciəsi (Mərsəd ibn Əbu Mərsəd səriyyəsi) (Səfər ayı)
  • Bi’ri-məunə faciəsi
  • Bəni-Nadir qəzvəsi
  • Hz. Peyğəmbərin xanımı Zeynəb binti Hüzeymə vəfat edir.
4/626
  • Bəni-Əbs heyəti Mədinəyə gələrək müsəlman olur.
  • Hz. Hüseyn Əfəndimiz anadan olur. (5 şaban)
  • Peyğəmbərimiz (s.ə.s.) həyat yoldaşı vəfat edərək yetim uşaqlarıyla baş-başa qalan Ümmü Sələmə validəmizlə nikahlanır.
  • Bədrül-Məvid (Kiçik və ya İkinci Bədir) qəzvəsi
  • Hz. Əlinin (r.a.) anası Fatimə binti Əsəd vəfat edir.
5/626
  • Zatür-riqa qəzvəsi
  • Düşmən təhlükəsi ilə qarşı-qarşıya qaldıqda qorxu namazı qılına bilir deyə ayə nazil olur
  • Dümətül-cəndəl qəzvəsi
  • Mədinə əhalisi ay tutulmasına şahid olur. Hz. Peyğəmbər xüsuf  namazı qıldırır
  • Müsəlman olan 400 nəfərlik Müzeynə heyəti Mədinəyə gəlir.
5/627
  • Bəni-Müstəliq qəzvəsi
  • Hz. Peyğəmbər Cüveyriyə binti Haris ilə evlənir.
  • İfk hadisəsi (Hz. Aişə anamıza münafiqlər tərəfindən iftira atılır.)
  • Mədinədə əhali siyahıya alınır. (Şəvval).
  • Xəndək (Əhzab) Qəzvəsi (Şəvval ayı)
  • Peyğəmbərimiz Zeynəb binti Cəhş ilə evlənir. Övladlıq götürməyi qadağan edən ayələr (Əhzəb surəsi, 33/4-5)  nazil olur.
  • Bəni Qüreyzə qəzvəsi
  • Sad ibn Muaz vəfat edir.
  • Qadınların örtünməsi əmr edilir.
  • Əhali ikinici dəfə siyahıya alınır.
6/627
  • Bəni-Lihyân qəzvəsi
  • Məhəmməd ibn  Məsləmə 10 nəfərlik dəstə ilə Zül-qassa səriyyəsinə başçılıq edir. Sahabələr şəhid olur. Rəsulullah Əbu Übəydə ibn Cərrahın başçılıq etdiyi ikinci heyəti göndərir.
  • Zeyd ibn Harisənin Bəni-Süleym səriyyəsi
  • Zeyd ibn Harisənin Vadil-qura səriyyəsi
 6/628
  • Rəsulullah (s.ə.s.) Əbdürrəhman ibn Avfı Bəni-Kəlbə göndərir
  • Zeyd ibn Harisənin Mədyən səriyyəsi
  • Hz. Əlinin Fədək səriyyəsi
  • Zeyd ibn Harisənin  II Vadil-qura səriyyəsi
  • Abdullah ibn Rəvahanın kəşfiyyat məqsədli Xeybər səriyyəsi
  • Mədinədə quraqlıq baş verir. Peyğəmbərimiz yağmur duası edir.
  • Günəş tutulur və Peyğəmbər Əfəndimiz küsuf namazı qıldırır.
  • Zəlzələ baş verir
  • Peyğəmbərimiz Həbişistanda hicrətdə yaşayan, Məkkəlilərin lideri Əbu Süfyanın qızı Ümmü Həbibə Validəmiz ilə nikahlanır.
  • Ümrə səfəri (Zilqadə).
  • Hz. Peyğəmbər, anası Əminənin Əbvədəki qəbrini ziyarət edir.
  • Hüdeybiyyədə çadır qurulur. Qureyş elçi olaraq göndərilən Hz. Osmanı həbs edir. “Rizvan” beyəti (Zilqadə).
  • Hüdeybiyyə sülh müqaviləsi bağlanır (Zilhiccə).
  • “Fəth” surəsi nazil olur.
  • Bəni-Hüzaa, Bəni-Əsləm və Bəni-Huşəni heyətləri Mədinəyə gələrək müsəlman olur.
7/628
  • Rasulullah (s.ə.s.), Bizans və Sasani imperatorları başda olmaqla ətrafdakı ölkələrin hökmdarlarına və qəbilə rəislərinə elçilər vasitəsi ilə İslama dəvət məktubları göndərir (Məhərrəm ayı)
  • Misir Müqavqısı müxtəlif hədiyyələrlə birlikdə Mariyayı Peyğəmbərimizə (s.ə.s.) kəniz olaraq göndərir.
  • Əbu Basir və yoldaşları Mədinə yaxınlığında düşərgə qurub güclənir.
  • Peyğəmbərimizin kürəkəni Əbul-As müsəlman olur və xanımı Hz. Zəynəb ilə təkrar evlənir.
  • Sərxoşluq verən içki qadağan olunur
  • Xeybər qəzvəsi (Məhərrəm-səfər).
  • Zeynəb binti Haris Hz. Peyğəmbəri zəhərləməyə təşəbbüs edir.
  • Cəfər ibn Əbu Talib geridə qalan mühacirlərlə birlikdə Həbəşistandan Mədinəyə gəlir.
  • Allah Rəsulu qıtlıq yaşayan Məkkəyə yardım göndərir
  • Hz. Peyğəmbərin (s.ə.s.) süd anası Süveybə vefat edir.
  • Yəmən valisi Bazan müsəlman olur
  • Zatur-Riqa / Vədil-qura qəzvəsi
  • Teymə yəhudiləri ilə sülh müqaviləsi bağlanır.
  • Hz. Ömərin Türəbə səriyyəsi
  • Hz. Əbu Bəkirin Nəcid səriyyəsi
  • Bəşir ibn Sadın Fədək  Səriyyəsi
7/629
  • Qalib ibn Abdullahın Meyfaa səriyyəsi
  • Ümrətul-qəza (Qəza ümrəsi) (Zilqadə).
  • Peyğəmbərimizin Meymunə binti Haris ilə nikah bağlayır (Zilqaidə)
8/629
  • Xalid  ibn Vəlid, Əmr ibn As və Osman ibn Talha müsəlman olur.
  • Peyğəmbərimizin (s.ə.s.) qızı Zeynəb vəfat edir.
  • Mutə döyüşü ( Məşhur sahabilər Zeyd ibn Harisə, Cəfər ibn Əbu Talib və Abdullah ibn Rəvaha şəhid olur. Xalid ibn Vəlid orduya komandirlik edir.)
  • Amr ibn As Zatus-Səlasil səriyyəsinə başçılıq edir.
  • Əbu Übeydə ibn Cərrahın Sifül-bəhr (Habat) səriyyəsi
  • Bəni-Süleym və Bəni Qifar qəbilələri müsəlman olur
  • Qureyşli müşriklər Hüdeybiyyə sülh müqaviləsini pozur
  • Əbu Süfyanın sülh müqaviləsini yenidən bərpa etmə cəhdləri nəticəsiz qalır.
8/630
  • Hz. Peyğəmbər Məkkə fəthi üçün yola çıxır (13 ramazan)
  • Məkkə fəthi (20 ramazan).
  • Bəni-Məhzum qəbiləsi müsəlman olur.
  • Hişam ibn As Yələmləmə , Xalid  ibn Səid Urənəyə; Xalid ibn Vəlid Nəhlədəki Uzza bütünü, Sad ibn Zeyd əl-Əşhəli Müşəlləldəki Mənat  bütünü , Amr ibn As Bəni-Hüzeylin Ruhatdakı Süva  bütünü , Tufeyl ibn Amr əd-Devsi Amr ibn Hümaməni Zülkəffeyn  bütlərini qırıb-dağıtmaq üçün göndərilir.
  • Hüneyn qəzvəsi (Şəvval).
  • Xalid ibn Vəlid Bəni-Cəzimə səriyyəsi. Bəni-Cəzimə İslama dəvət edilir
  • Taif  qəzvəsi  (Şəvval).
  • Hz. Peyğəmbər  Ciranədə Hüneyn qənimətlərini bölüşdürür.
  • Hz. Peyğəmbər uşaq vaxtı ayrıldıqdan sonra ilk dəfə süd bacısı  Şeyma ilə görüşür.
  • Rəsulullah Əfəndimiz ümrə ziyarətinə gedir (19 zilqadə).
  • Mühacir ibn Əbu Ümeyyənin Səna səriyyəsi
  • Ziyad ibn Ləbidin Hədrəmut səriyyəsi.
  • Amr ibn As Oman məlikləri Ceyfər və Abd ibn Cülənda qardaşlarına elçi olaraq göndərilir.
  • Əla ibn Hədrəmi Əbu Hüreyrə ilə birlikdə Bəhreyn canişini Münzir ibn Savaya elçi olaraq göndərilir.
  • Peyğəmbərimizin kənizi Mariyadan oğlu İbrahim dünyaya gəlir
  • Bəni-Sələbə, Bəni-Suda, Bəni-Baxilə, Bəni-Sümalə, Bəni-Cərm, Əhabiş, Bəni-Ak və Bəni-Hüzeyl heyətləri Mədinəyə gəlib müsəlman olur.
9/630
  • Hz. Peyğəmbər bəzi şəhər və qəbilələrə zəkat amilləri (yığanlar)  göndərir
  • Abbad ibn Bişr Bəni Süleym və Bəni-Müzeynəyə, Rafi ibn Məkis əl-Cühəni Bəni Cüheynəyə, Dahhaq ibn Süfyan əl-Kilabi Bəni-Kilaba, Büsr ibn Süfyan əl-Kabi Bəni-Kaba, İbn Lütbiyyə əl-Əzdi Bəni-Zübyana, Malik ibn Nüveyrə Bəni-Hanzala ibn Malikə, Amr ibn As Fəzarəyə, Vəlid ibn Üqbə Bəni-Müstəliqə zəkat toplamaq üçün göndərilir.
  • Üyeynə ibn Hısn Bəni-Təmim səriyyəsinə gedir və Bəni-Təmim qəbiləsi Mədinəyə gələrək müsəlman olur.
  • Bəni-Əsəd qəbiləsindən gələn bir heyət Mədinəyə gələrək müsəlman olur.
  • Əlqamə ibn Mücəzziz başçılığında ilk dəfə dəniz səfəri təşkil olunur.
  • Hz. Əli (r.a.) Tay qəbiləsinin bütü Fülsü dağıdır.
  • Üqqaşə ibn Mihsanın Bəni-Bəli və Bəni-Üzrəyə qarşı Cinab səriyyəsi.
  • Hz. Peyğəmbər, Həbəş Nəcaşisi Ashəmənin vəfatını xəbər verir və qiyabi cənazə namazını qıldırır. (Rəcəb)
  • İla və təxyir hadisəsi.
  • Təbuk qəzvəsi (Rəcəb)
  • Xalid ibn Vəlidin Dumətul-cəndəl lideri Uqaydir ibn Əbdülməlikə qarşı səriyyəsi. Hz. Peyğəmbər Uqaydır ilə müqavilə bağlayır.
  • Cərba, Əzruh, Maqna, Eylə (Əqabə) və Təbuk əhalisini təmsil edən heyətlər Hz Peyğəmbərə gəlib sülh müqaviləsi bağlayır.
  • Hz. Peyğəmbər Təbukdan Dihyə ibn Kəlb ilə Bizans İmperatoru İzakliyə ikinci dəfə İslama dəvət məktubu göndərir.
  • Peyğəmbərimizin qızı Ümmü Gülsüm vəfat edir.
  • Bəni-Üqayl, Bəni-Kəlb, Bəni-Kilab, Bəni-Tucib, Bəni-Qatafan, Bəni-Hanzala ibn Malik, Bəni-Quda, Bəli və Bəni-Bəhra heyətləri Mədinəyə gəlib müsəlman olur.
  • Xristian Bəni-Təğlib qəbiləsi Mədinəyə gəlib müqavilə bağlayır.
  • Kab ibn Züheyr müsəlman olur və Hz. Peyğəmbərin xirqəsini ona hədiyyə edir.
  • Bəni-Sad ibn Bəkir qəbiləsi Dimam ibn Sələbəyi elçi olaraq Mədinəyə  göndərir və müsəlman olur.
  • Bəni Cüzam heyəti Mədinəyə gəlib müsəlman olur.
  • Hz. Peyğəmbər münafıqlərə aid Məscidi-Dirarı dağıtdırır.
  • Himyar hökmdarları İslama dəvət edilir və onlar da müsəlman olurlar
  • Bəni-Həmdan, Bəni-Fəzarə, Bəni-Mürrədən və Taifdəki Səqif qəbiləsindən bir heyət Mədinəyə gələrək müsəlman olur.
  • Rəsulullah (s.ə.s.) Əbu Süfyan ilə Müğirə ibn Şubəni Lat bütünü qırmağa göndərir.
9/631
  • Münafiqlərin başbiləni Abdullah ibn Übeyy ibn Səlul ölür
  • Hz. Əbu Bəkr həcc əmiri təyin edilir (Zilqadə- Zilhiccə/Mart).
  • “Tövbə” surəsiylə nazil olan hökmlərini çatdırmaq üçün  Hz. Əli Məkkəyə göndərilir.
  • Nəcran xristianlarından bir heyət Mədinəyə gəlir və Hz. Peyğəmbərlə  mübahələ etmədən çəkinərək sülh müqaviləsi bağlamağa razılaşırlar.
 10/631
  • Xalid  ibn Vəlidin Nəcran səriyyəsi
  • Bəni-Harisdən bir heyət Mədinəyə gələrək müsəlman olur
  • Hz. Əlinin Yəmən səriyyəsi
  • Bəni-Məzhic müsəlman olur.
  • Cərir ibn Abdullah Zulxalasa bütünü və məbədini dağıtmağa göndərilir .
  • Peyğəmbərimiz (s.ə.s.)   bir Ramazanda Cəbrailə (ə.s) iki dəfə Quranı-Kərimi  ərz edir və iyirmi gün etiqafda qalır
  • Bəni-Əzd, Əbna, Bəni-Tay, Bəni-Amir ibn Sasaa, Bəni-Kində, Bəni-Tucib, Bəni-  Rəhəviyyin, Bəni-Qafiq, Bəni Məhrə, Bəni-Hənifə, Bəni-Əns, Bəni-Murad, Bəni- Əbdülqeys, Bəni-Hilal, Bəni-Ruha və Bəni-Zübeydə heyətləri Mədinəyə gəlib müsəlman olur.
  • Yalançı peyğəmbər Müseyləmə peyğəmbərliyini elan edir.
10/632
  • Peyğəmbərimizin kiçik oğlu İbrahimin vəfat edir (29 şəvval).
  • Vida həcci üçün Rəsulullah (s.ə.s.) Mədinədən ayrılır (26 zilqadə).
  • Vida xütbəsi (9 zilhiccə).
  • Vida təvafı (14 zilhiccə).
  • Bəni-Müharibdən bir heyət Mədinəyə gələrək müsəlman olur
  • Yəmən Valisi Bazan vəfat edir. Hz. Peyğəmbər Yəmənə on bir vali təyin edir.
  • “Nəsr” surəsi nazil olur (Zilhiccə).
  • Hz. Peyğəmbərin cariyəsi (xanımı) Reyhanə binti Şəmun vəfat edir.

 

11/632
  • Mədinəyə  gələn ən son Bəni-Nəha heyəti müsəlman olur (15 məhərrəm).
  • Üsamə ibn Zeyd Suriya istiqamətinə göndərilən ordunun sərkərdəsi təyin edilir Hz. Peyğəmbər (s.ə.s.) şiddətli baş ağrısına və hümmaya tutulur (27 səfər).
  • Peyğəmbərlik iddiasında olan Əsvəd əl-Ənsi öldürülür (8 rəbiül-əvvəl).
  • Peyğəmbər Əfəndimiz (s.ə.s.) vəfat edir (13 Rəbiül-əvvəl, bazar ertəsi).
  • Rəsulullahın dəfn edilir (14 rəbiül-əvvəl, çərşənbə axşamı).
Xronologiyanı hazırlayarkən Dr. Casim Avcının “Peyğəmbərimizin xronolojik həyatı” və Rəşid Haylamazın “Əfəndimiz həyatı” əsərləri başda olmaqla və fərqli sirə mənbələrindən faydalanılmışdır.