Səhabələr

Yenidən məkkə

Taif səfəri gözlənilən səmərəni verməsə də, Addasın və cinlərin İsla­mı qəbul etməsi ilə az da olsa, rahatlıq tapan Allah Rəsulu (s.ə.s.) ye­nidən Məkkəyə qayıdırdı. Məkkəyə yaxınlaşanda yenə keçmiş gün­lər­də olduğu kimi, Nur dağına çıxıb Hira mağarasına gəlir. Qapılarını­ üzünə bağlayan Məkkə düz qarşısında; Beytullahı boynubükük, mö­min­ləri də  idi! Görünür, Rəsulullah Məkkə ilə hal-əhval tuturdu səs­sizcə... Çünki Beytullahın əkizi − Allah Rəsulu da  və boynubükük idi. Digər tərəfdə də Hz. Zeyd yenidən Məkkəyə necə girmək barədə fikirləşir və heç cür çıxış yolu tapa bilmirdi. Nəhayət, özünü saxlaya bilməyib Allah Rəsulundan (s.ə.s.) soruşur: − Onlar Sizi çıxarıb qovduqları halda, Siz Məkkəyə necə girəcəksiniz? Mərhəmət Peyğəmbəri həmişəki kimi təmkinli idi, bu təmkinində işin sonunu görən əlamətlər gizlənirdi: −  Ey Zeyd! Gördüyün kimi, Allah bir çıxış yolu nəsib edib yeni bir qapı açır; şübhəsiz, O, dinini qoruyacaq və Peyğəmbərini də qalib edəcəkdir. Sonra da səbəbləri nəzərə alaraq bəzi Məkkə əyanlarına xəbər göndərir: məqsədi, vətəninə qayıdarkən hər hansı bir problemlə üzləşməmək idi. İlk olaraq Ahnəs ibn Şərikə müraciət edilir. Ancaq o: − Mənim müqaviləm var. Mənim vəziyyətimdə olan heç bir mü­qaviləli də aman verə bilməz, − deyərək bu dəvəti qəbul etmir. Sonra eyni təklif Qureyşin söz ustadı Süheyl ibn Amra çatdırılır. Ancaq o da: − Amiroğlulları Kaboğullarına əsla aman verə bilməz, − deyir. O da belə bir qəbula hələ hazır olmadığını bildirir. Bəlkə də, cəsarət edib cavab verə bilmirdilər. Ancaq görünür, Süheyl Peyğəmbərimizin nəzərində idi və ondan çox şey gözləyirdi. Mutim ibn Adiyydən müsbət cavab gəlir. Peyğəmbərimizin (s.ə.s.) istəyi ona çatdırılan kimi tez oğlanlarını çağıran Mutim onlara göstəriş verir: − Tez silahlarınızı götürün və Kəbəyə gedib məni gözləyin! Çünki mən Məhəmmədə aman verdim.
Davamı: 1 2 3 4 5 6 7