Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Ən bilikli qadın səhabə

Tarix: 02.05.2013 | Bu məqalə 585 dəfə oxunub.

Həzrət Aişə (r.a.) fiqh biliyi ilə məşhur idi. Əshabın fəqihləri ona müraciət edirdilər. Bir çoxu ondan fiqh öyrənərmiş.

Əbu Bürdə atasından belə rəvayət edir: “Rəsulullahın hədisləri haqqında tərəddüd edəndə elə bir sual yox idi ki, Həzrət Aişə ona cavab verməsin”.

Böyük alim Zəhəbi Həzrət Aişənin dərin elm sahibi olduğunu dilə gətirmiş, Urvə də: “Tibdə ondan biliklisini gör­məmişəm” – demişdi. Həzrət Aişənin Quranı, fərzləri, haramı, şeiri, ərəb kəlamını və şəcərə elmini hamıdan yaxşı bilməsinə dair rəvayətlər vardır.[1]

Həzrət Aişə xalq arasında ən bilikli səhabə sayılmışdır[2]. Zührü rəvayət edir: “Əgər bütün səhabələrin və Rəsulullahın xanımlarının elmi bir yerə toplansaydı, Həzrət Aişənin elminə bərabər olardı”.[3]

Həzrət Aişə Həzrət Əbu Bəkirin, Həzrət Osmanın və Həz­rət Ömərin xəlifəliyi dövründə müstəqil olaraq xalqa fitva verirdi. Vəfat edənədək belə də davam etdi. [4]

Əbuz-Zinad belə demişdi: “Mən şeir rəvayət etməkdə Ur­vədən üstün insan görməmişəm”. Ona “Ey Əbu Abdullah sənin rəvayətlərin nə çoxdur” demişdilər. O da bu cavabı vermişdi: “Həzrət Aişənin rəvayətlərinin yanında mənim bildiyim rəvayətlər nədir ki? Elə bir mövzu yoxdur ki, Həzrət Aişə o mövzuda şeir oxumasın” [5]

Məsruk “Həzrət Aişə fərzi yaxşı bilirdimi?” sualına  belə cavab vermişdi: “Allaha and olsun ki, mən böyük səhabələrin fərz hökmlər haqqında ona sual verdiyini gördüm”[6].



[1] Təzkirətül-huffaz, 1/27-28

[2] Əl-Müstədrək, 4/14

[3] Əl-Müstədrək, 4/11

[4] İbn Sad, 2/375

[5] İbn Sad, 2/375, 7/66; Əl-Müstədrək, 4/11; Heysəmi, Məcməüz-zəvaid, 9/242

[6] Silatül-xələf, 359-360

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.