- Səhabələr - https://sehabe.meneviyyat.az -

Ən çox mehr verən səhabə

Rəvayətlərə görə, səhabələr arasında ən çox mehri Həzrət Ömər Həzrət Əlinin qızı Ümmü-Gülsümlə ailə quranda ver­mişdir.[1] Bu mehr qırx min dinar dəyərində olub. Həzrət Ömər niyə bu qədər mehr verdiyini soruşanlara belə cavab vermişdi: “Allaha and olsun ki, məndə qadınlara qarşı bir istək yoxdur. Ancaq Rəsulullahın (s.a.s.) “Qiyamət günü mənim nəsəb və səbəbimdən başqa bütün nəsəb və səbəblər kəsiləcək”[2] söylədiyini eşitdim və onunla aramızdakı qohumluğun güclü olmasını istədim. O, necə mənim qızımla­ evləndisə, mən də onun nəvəsi ilə evlənməyi arzuladım. Bu böyük məbləği də Rəsulullahla qohumluğun hörmətinə verirəm. [3]



[1] İbn Əsir, Üsdül-ğabə, 7/367; İbn Həcər, əl-İsabə, 4/492; Heysəmi, Məc­məüz-zəvaid, 4/271, 272

[2] Heysəmi, Məcməüz-zəvaid, 9/173

[3] İbn Əsir, Üsdül-ğabə, 7/367; İbn Həcər, əl-İsabə, 4/492; Heysəmi, Məcməüz-zəvaid, 4/271, 272