Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Əngin elmi və həlimliyi ilə məşhur olan səhabə

Tarix: 02.05.2013 | Bu məqalə 404 dəfə oxunub.

Sadə həyat tərzi olan və Allahdan çox qorxan Şəddad ibn Övs vaxtının çoxunu ibadət və təfəkkürlə keçirirdi.

Übadə ibn Samit onun zahiri və batini elmlərə bələd olduğunu, hər kəsin onun elmindən faydalandığını bildirmiş, onun elmini və həlimliyini “Məcməül-bəhreyn”ə (İki dənizin birləşdiyi yer)bənzətmişdir.

Həzrət Şəddad həlim-səlim və açıq danışmağı xoşlayan bir insan idi. Lüzumsuz yerə danışmazdı. Bir dəfə dilindən bir kəlmə çıxmışdı. Dərhal belə demişdi: “İslam dinini qəbul edəndən sonra danışdığım sözlərə diqqət etməyə çalışmışam. Ancaq bu söz bilmədən ağzımdan çıxdı. Onu unudun”. Özünü göstərməkdən qaçardı. Namaz qıldıqdan sonra Allaha çox yalvarardı.

Tez-tez təfəkkür edər, dərin  fikirlərə dalardı. Allahdan çox qorxar, cəhənnəm odunu düşündükcə yuxuları qaçardı.

O, həlim-səlim təbiətli insan idi. Bir gün Həzrət Şəddad ağlayırdı. Onu bu halda görənlər: “Niyə ağlayırsan ” deyə sual verdikdə bu cavabı verdi: “Allah Rəsulunun bir hədisini xatırladım. Allah Rəsulu bir hədisində buyurur ki, “Ümmətim arasında şirk və gizli şəhvətdən narahatam”. O zaman mən soruşdum ki, “Ey Allahın Rəsulu, ümmətiniz sizdən sonra Allaha şərik qoşacaqmı?” Allah Rəsulu “Bəli! Ancaq onlar günəş, ay və büt kimi şeylərə tapınmayacaqlar. Amma Allah rizası üçün yox, insanların rizası üçün əməl işləyəcəklər. Gizli şəhvət isə budur ki, biri oruc tutar. Sonra şəhvani hisləri cəlb edən bir şey görər və orucunu pozar,” buyurdu.

Şəddad İslamın hökmlərinə uymaqda çox həssas davranırdı. Həmişə halal və haramları gülər üz və şirin dillə izah edirdi.

Şəddad həzrətləri ömrünün sonlarını Şam, Xumus, Fələstin və Beytül-Məqdisdə keçirdi. Bu yerlərdə elmlə məşğul olan insanlar Həzrət Şəddadın yanına gəlib ondan elm öyrənərdilər.[1]



[1] “Altınoluk” dərgisi, avqust, 1998