Səhabələr

Əqabə Beyətləri

Bundan sonra da bir-bir gəlib Peyğəmbərimizin əlini sıxır, beyətlərini yekunlaşdırırlar. Təkcə Mədinədən bura kimi gələn iki qadın − Ümmü Uməra kimi tanınan Nəsibə binti Kab və Əsma binti Amr uzaqdan işarə etmiş və bununla da Peyğəmbərimizin əlini sıxmadan beyət etmişdilər.[5]

Minadakı səs və Peyğəmbərimizin davranışı

Artıq məsələ həll edilmişdi və Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) Mədinəyə dəvət edənlər məqsədlərinə nail olmuş və sevinclə geri qayıdırdılar. Bu işin davamı üçün  mədinəli müsəlmanlar yurdlarına gələcək, məkkəli müsəlmanları, yəni mühacirləri gözləməyə və onlara Mədinədə necə sahib çıxmağı düşünməyə başlayacaqdılar.

Bu vaxt Minada:

− Ey Cəbacib (Mina) əhalisi,− deyə bir səs eşidilir. Məkkəlilərə səslənirdi: “Məhəmməd və Onunla bırlikdə hərəkət edən bu sabilər sizə qarşı döyüşmək üzrə əl sıxıb razılaşdılar,” − deyə çığırırdı. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu haqda  buyurur:

− Bu, Əqabənin  şeytanı Əzəbbdir.

Sonra da:

− Allaha and olsun ki, ey Allahın düşməni, sənə də vaxt ayıracaq, səninlə də məşğul olacağam,− deyir. Və üzünü ümmətinə tutub  hamının dərhal axşam qaldığı yerə qayıtmasını əmr edir. Peyğəmbərimizin az da olsa təlaşını görən Abbas ibn Übadə yenə irəli atılır və Ənsarın vəzifəsinin bu andan başladığını göstərir:

− Ey Allahın Rəsulu! Səni Haqq ilə göndərən Allaha and olsun ki, əgər istəsən, dan yerinin ilk işıqları ilə Minaya gələr və etiraz edəni məhv edərik.

Mərhəmət Peyğəmbəri baş verənlərin təsirinə qapılıb hərəkət etmir və Allahın əmri olmadan addım atmırdı. Buna görə də, əvvəlcə Hz. Abbasa:

− Buna bizim icazəmiz yoxdur, biz bu məsələ ilə bağlı əmr almamışıq, − deyir. Sonra da bütün müsəlmanlara səslənərək:

−  Allahın izni və bərəkətiylə öz yurdunuza qayıdın, − buyurur.[6]

Bir gecədə bu qədər hadisə yaşanmış, amma məkkəlilərin ruhu belə xəbərsiz qalmışdı. Onsuz da eşitməməli idilər. Buna görə də, çox diqqətli hərəkət edilmiş, kimsənin xəbər tutmaması üçün böyük səy göstərilmişdi. Əks təqdirdə, hücum etməyə bəhanə axtaran Qureyş yenidən yollarını kəsər və yeni qərarlaşdırılan strategiyanı həyata keçirməyə əsla imkan  verməzdi.


[1]. Bax: ibn Hişam, Sire, 2/283 və b.
[2]. Hz. Abbasın nə vaxt müsəlman olması barədə müxtəlif fikirlər var. Bəziləri onun Bədirdən sonra müsəlman olduğunu söylədiyi halda, bir qisim tarixçilər onun Məkkədə ikən müsəlman olduğunu və bunu gizləyərək qardaşı oğlu Məhəmmədül-Əminə daxildən dəstək olduğunu qeyd edirlər. Müəyyən hadisələrdəki çıxışlarına nəzər yetirilərsə, bu fikir digərlərindən daha məntiqli görünür. Çünki hicrət əsnasında Hz. Abbas da izn istəmişdi. Peyğəmbərimiz (s.ə.s.) “Sənin Məkkədə qalmağın daha xeyirlidir” deyərək ona hicrət izni verməmişdi. Hətta onun hicrəti ilə bərabər bu məsələnin də artıq sona çatacağını müjdələmiş və Hz. Abbas  eynilə müjdəsi verildiyi kimi, Məkkənin fəthindən bir az əvvəl Mədinəyə gələrək bu işə son nöqtəni qoymuşdu. Müşriklərin məcburiyyət və təzyiqləri ilə Bədir döyüşünə gələn Abbasa kimsənin toxunmamasını elan edən Peyğəmbərimizin bununla da onu Məkkədə strateji niyyətlə saxladığı aydın olur. Bax: ibnül-Əsir, Üsüdül-Ğabe, 3/163,164)
[3]. Xazrəc qəbiləsi digərlərindən daha güclü olduğu üçün o dövrdə Mədinə deyiləndə ağıla onlar gəlirdi. Və Hz. Abbas Xazrəc deyəndə bütün mədinəliləri nəzərdə tuturdu.
[4]. Bax: ibn Hişam, Sire, 2/287 və b.
[5]. Bax: ibn Hişam, Sire, 2/287 və b. el-Mısri, Siratü’r-Resul, s. 179 və b.
[6]. İbn Hişam, Sire, 2/296, 297