- Səhabələr - https://sehabe.meneviyyat.az -

Əshabım haqqında nalayiq sözlər danışmayın

“Əshabım haqqında nalayiq sözlər danışmayın. Əgər sizlərdən birinin Uhud dağı qədər qızılı olsa və bunun hamısını Allah yolunda paylasa da, onların bir-iki ovuc infaqına, hətta bunun yarısına belə çatmaz”.[1]

 Eyni mövzulu bir başqa hədisin məzmunu da bu cürdür:

 “İnsanların ən xeyirliləri mənim də yaşadığım bu əsrdə yaşayanlardır. Sonra onlardan sonra gələnlər (yəni Tabein), daha sonra da onların ardınca gələnlərdir (ətbau Tabein). Onlardan sonra pis bir nəsil gələcək ki, birinin şəhadəti andını, andı da şəhadətini keçəcək”.[2]



[1] Buxari, Fəzailu Əshab, 5; Müslim, Fəzailus-Səhabə, 221.

[2] Buxari, Fəzailu Əshab, 1; Müslim, Fəzailus-Səhabə, 212.