Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

İki qurşaqlı

Tarix: 02.05.2013 | Bu məqalə 345 dəfə oxunub.

Məkkədə doğulub böyüyən və orada vəfat edən Əsma binti Əbu Bəkir Əs-Siddiqin ləqəbi “Ratun-Nitaqeyn” idi. [1]

Ona bu adı Peyğəmbərimiz (s.a.s.) vermişdir. Hicrət zamanı Rəsulullahın və ona sadiq yol yoldaşı Həzrət Əbu Bəkrin yol tədarükünü Həzrət Əsma görmüşdü.

Həzrət Əsma Həzrət Aişə ilə birlikdə yol azuqəsi hazırlayıb dəri heybəyə qoymuş, bir tuluğa da su doldurmuşdu. Lakin ağzını bağlamağa ip tapmamışdı. Həzrət Əsma atasının təklifi ilə belindəki qurşağı (nitaq) açaraq iki yerə bölmüş və bir hissəsini azuqə heybəsinin, bir hissəsini isə su tuluğunun ağzına bağlamışdı. Bundan razı qalan Peyğəmbərimiz (s.a.s.): “Allah bu qurşağın əvəzində sənə iki kəmər versin” – deyə dua etmişdi. Bu hadisədən sonra “Zatun-Nitaqeyn” (İki qurşaqlı) ünvanını almışdı.

Başqa bir rəvayətə görə isə hicrət zamanı Peyğəmbərimizlə (s.a.s.)  Həzrət Əbu Bəkrin (r.a.) üç gün gizləndiyi Səvr mağarasına gecələr yemək daşıyan Həzrət Əsma üçüncü gün mağaradan çıxıb Mədinəyə yola düşəndə azuqə heybəsinin ağzını bağladığı ipi evdə unudur. Buna görə də qurşağını iki yerə bölərək qabların ağzını bağlayır. [2]



[1] İbn Əsir, Üsdül-ğabə, 6/9-10

[2] İbn Əsir, Üsdül-ğabə, 1/9; Həzrət Əsmanın bu ləqəbi ilə bağlı baxın: Ali Aksu, “Asr-ı saadet ve Emeviler döneminde lakap takma ve halifelerin lakapları”

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.