Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Tələbəsinin əlini öpən səhabə

Tarix: 02.05.2013 | Bu məqalə 368 dəfə oxunub.

Ənəs ibn Malikin kənizi Cəmilə Ənəsin Sabitin yanına gəlməzdən əvvəl belə dediyini rəvayət edir: “Mənə gözəl ətir gətir əlimə sürtüm. Sabit əlimi öpməsə, əl çəkmir”.[1]

Bir gün Zeyd ibn Sabit miniyinə minəndə İbn Abbas üzəngisini tutdu. Zeyd: “Ey Peyğəmbərin əmisi oğlu, burax!” dedi. İbn Abbas “Bizə alim və böyüklərimizə belə hörmət etmək əmr olundu” cavabını verdi. [2]

Bu cavabı alan Zeyd İbn Abbasa “Əlini mənə uzat” dedi. Həzrət Abbas əlini uzatdı. Zeyd onun əlini öpərək “Bizə də Rəsulullahın ailəsinə bu cür ehtiram göstərmək əmr olundu” – dedi.[3]

Əl öpməyin dində yeri

İslamda “əl öpmək”lə bağlı ümumi bir qayda yoxdur. Amma kiçik böyüyün, tələbə müəlliminin əlini öpə bilər. Ancaq burada hər kəs öz vəzifəsini bilməlidir. Məsələn, Peyğəmbərimiz (s.a.s.) səhabələrə: “Əcəm əhli  kimi məni görəndə ayağa qalxmayın” deyə buyursa da, səhabələr onu görərkən ayağa qalxırdı. Yəni böyük əlini öpdürmək istəməyəcək, ancaq kiçik öpməyə çalışacaq, böyük sayğı gözləməyəcək, kiçik isə qüsursuz sayğı göstərəcək”.[4]



[1]   Cəvahirül-iqdeyn, 1/333

[2] Cəvahirül-iqdeyn, 1/332

[3] Heysəmi, Məcməüz-zəvaid, 13/396 (3761/62)

[4] Fasıldan fasıla-2.