Zübeyr ibn Avvamın müxtəlif dillərdə danışan yüz köləsi var idi.[1] Bu, həmin səhabənin nə qədər bilikli və mədəni olduğunu göstərən bir faktdır. Görəsən, hansı dövlətdə belə bir şey olub? Farslar haqqında belə bir məlumat var: “Onların hökmdarları məclislərində fars dillərindən biri olan pəhləvicə, öz aralarında xuzistan bölgəsinin dili olan huziyyə dilində, xalqın ehtiyaclarını dilə gətirəndə və ya haqsızlıqlardan şikayət edəndə nəbaticə, hakimlərlə (canişinlər) bir yerdə olanda isə farsiyyə ilə danışırdılar”[2].
İbn Abidin yazır: “Beş fars dili var. Hökmdarlar məclislərində pəhləvicə, hökmdarın saray əhli dari dilində, hakimlər farsiyyəcə, hökmdarlar və əyan-əşrəfi öz aralarında Xuzistan əhlinin dili olan xuziyyəcə və Suryana (İraqa) məxsus olan suryanicə danışırlar”. [3]
[1] Suyuti, Tarixül-xüləfa, 96-223.
[2] Məfatihül-ülum, 72.
[3] İbn Abidin, Rəddül-muxtar,1/33, 483