Huzza qəbiləsindən olan səhabə Ümeyr ibn Abdiamr hər iki əli ilə işləməyi bacarırdı. Buna görə də ona “Zülyədeyn” (iki əlli) deyirdilər. Əvvəllər ona “iki sollu” mənasında “Züşimaleyn” ləqəbini vermişdilər. Sonradan Peyğəmbərimiz (s.a.s.) onu “Zülyəmineyn” (iki sağlı) adlandırmışdı.[1]
Rəvayətlərə görə, Səriyyə və ya Amrın oğlu olan Hirbak adlı səhabə də iki əli ilə işləyə bilmişdir.
Bu mövzu ilə əlaqədar digər bir məlumat da bildirilir ki, Rəsulullahla yanaşı (s.a.s.) hər iki əlini eyni səviyyədə işlədən üç səhabə olmuşdur. Bunlar: Ümeyr ibn Abdiəmr, Ömər ibn Xəttab və Əbu Leyladır.[2]
Ömər İbn Xəttabın (r.a.) hər iki əlini eyni səviyyədə işlətməsi haqqında kitablarda belə bir məlumat var: “O, solaxay idi və hər iki əlini eyni səviyyədə işlədə bilirdi”.[3]
[1] İbn Həcər, Fəthül-Bari, 6/121 və s.; İbn Həcər əl-İsabə, 1/489, 3/33. Əlavə məlumat üçün bax. İbn Sad, Təbəqat, 3/167-168.
[2] İbn Həcər, əl-İsabə, 1/486.
[3] İbn Əsir, Üsdül-ğabə, 4/180.