Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Düzgün qərarı ilə tanınan səhabə

Tarix: 05.05.2013 | Bu məqalə 455 dəfə oxunub.

Düzgün qərar verməsi ilə tanınan səhabə Həzrət Hubab ibn Münzir ibn Zəmuhdur. Bədir döyüşü ərəfəsində Rəsulullah Hubabın fikrini qəbul etmiş, Cəbrail (ə.s.) də enərək “Hubabın fikri məqsədəuyğundur”, – demişdir.[1]

Bədir döyüşündə 33 yaşı olan Hubab Xazrəcin bayraqdarı idi. O, İslam ordusunun düşmənə ən uzaq quyunun yanında mövqe tutmasını uyğun görməmiş və bu seçimin vəhy olub-olmadığını Rəsulullahdan (s.a.s.) soruşmuşdu. Vəhy olmadığını öyrənəndə də düşməni susuz qoymaq üçün onlara ən yaxın quyunun yanında düşərgə salmağı və başqa quyuları bağlamağı təklif etmişdi. Peyğəmbərimiz də onun fikrini qəbul etmişdi.

O, Cahilliyyə dövründə də məşhur idi. Belə ki, ona “Zür-rey” (uzaq­görən) mənasını verən ləqəb qoymuşdular. Bəni Səidə Sakifəsi (Rəsulullahın vəfatından sonra ənsarın xəlifə seçmək üçün toplanması) günü “Biz onun qaşınma kötüyü (“Xəstə dəvə qaşınmaqla sağaldığı kimi biz də onun fikirləri ilə şəfa tapırıq” mənasına gəlir) və dəstəklə saxlanılan meyvə yüklü xurma ağacıyıq” demişdilər.

Peyğəmbərimiz (s.a.s.) Bəni Qureyzə və Bəni Nadir hərbi yürüşlərdə mövqe seçimi ilə bağlı əshabı ilə məşvərət etmiş, Hubabın “İkisinin (Bəni Qureyzə və Bəni Nadir) arasında düşərgə salıb əlaqələrini kəsək” fikrini məqsədə uyğun görmüş, Cəbrail (ə.s.) də bu fikri təsdiq etmişdi. Hubab belə demişdi: “Qalaların arasında mövqe tutub bir-biri ilə xəbərləşməsini kəsək”.[2]  Peyğəmbər də (s.a.s.) onun təklifini qəbul etmişdi.[3]

Amr ibn As da tutarlı qərarları ilə ad çıxarmışdı. Allah Rə­sulu (s.a.s.): “Amrın da düzgün mühakiməsi var” buyurmuşdu.[4] Yenə bir dəfə Rəsulullah (s.a.s.) ona: “Ey Amr, sənin İslam dinində tutarlı fikirlərin var” – demişdi.[5] Amr ibn As iti zəkasına görə, “Dahiyətül-Ərəb” ləqəbini almışdı.



[1] İbn Sad, Təbəqat, 2/15.

[2] İbn Sad, Təbəqat, 3/567-568; İbn Əsir, Üsdül-ğabə, 1/436.

[3] M.Yaşar Kandemir, “Hubab b. Münzir”, DİA., İstabul, 1998, XVIII, 264.

[4] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 19/236.

[5] Heysəmi, Məcməüz-zəvaid, 9/236.