Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Səhabələrin ən alimi və ən biliklisi

Tarix: 06.05.2013 | Bu məqalə 866 dəfə oxunub.

Səhabələr elmdə çox təvazökar olublar. Əbdürrəhman ibn Əbu Leyla belə deyir:

“Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.a.s.) əshabından yüz iyirmi ənsarla həmsöhbət oldum. Onların hansından bir məsələdə fətva verməsini xahiş etsəydin və ya bir hədis so­ruşsaydın, öz yerinə (din) qardaşının cavab verməsini istə­yərdi”[1].

Başqa bir rəvayətdə bildirilir ki, bir səhabədən nəsə soruşanda cavabı başqasına həvalə edirmiş. O da başqasının cavab verməsini istəyirmiş. Nəhayət, həmin sual yenə də birinci səhabəyə qayıdırmış. Əbül Minhalın rəvayət etdiyi ha­disə buna nümunədir. “Mən Zeyd ibn Ərqama pulun pulla dəyişdirilməsinə dair sual verdim. Zeyd məni “Bəra ibn Azibdən soruş” deyib məni onun yanına göndərdi. Bəradan soruşdum. O da “Zeyddən soruş” dedi ”.[2]

Bununla yanaşı, səhabələr arasında dərin zəka və biliyi ilə tanınanlar da var idi. Həzrət Əbu Bəkir ən bilikli və ən zəkalı səhabə idi. Bir çox İslam alimi Buxari və Müslümdə əksini tapan Həzrət Əbu Bəkirə aid bir sözü onun ağıl və zəkasının böyüklüyünə dəlil göstərmişdir: “Allaha and olsun ki, namazla zəkatı bir-birindən ayıranlarla vuruşacağam. Əgər onlar Rəsulallaha verməli olduqları bir dişi oğlağı (və ya heyvan bağladıqları bir ipi) məndən əsirgəsələr, onlarla döyüşəcəyəm”.[3] Bu və başqa rəvayətlərə əsaslanan alimlər “Əbu Bəkir ən bilikli səhabədir” nəticəsinə gəlmişlər.[4]

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.