Hz. Abdullah Hz. Əbu Bəkrin oğlu, Peyğəmbərimizin (s.ə.s) də qayını idi. İslamiyyətin ilk illərində müsəlman olmuşdu. Ağıllı və fərasətli bir insan idi.
Peyğəmbərimiz Hicrət əsnasında üç gün Sevr mağarasında qalmışdı. Hz. Abdullah həm onlara yemək gətirir, həm də atasının tapşırığı ilə müşriklərin arasında gəzərək topladığı xəbərləri gecə Peyğəmbərimizə çatdırırdı. Orada qoyun otaran Hz. Əbu Bəkrin xidmətçisi də Abdullahın (r.a.) izlərini itirirdi.
Hz. Abdullah Məkkədən hicrət edərək “Mühacir” olma fəzilətini qazandı. Məkkənin fəthində iştirak etdi. Hüneyn döyüşünə və Taif müharibəsinə qatıldı. Bu müharibədə bir müşrik oxuna tuş gələrək yaralandı. Yarası yaxşılaşmadı. Atasının xəlifəliyinin ilk ilində yarası açıldı və sonda da vəfat etdi. Cənazə namazını Hz. Əbu Bəkir qıldırdı.
Əbu Bəkir (r.a.) Abdullahın yaralandığı oxu saxlamışdı. Sonradan Müsəlman olaraq Mədinəyə gələn Saqif qəbiləsinin heyətinə oxu göstərdi və: “Bunu tanıyanınız varmı?” ‒ deyə soruşdu. Səid bin Übeyd (r.a.): “Bu oxu mən yondum, ucunu da mən sivriltdim. Tükünü mən taxdım və mən atdım”, ‒ dedi.
Hz. Əbu Bəkir bir insanın müşrik kimi ölüb cəhənnəmə getməsini əsla istəməzdi. Əgər oğlu Səid bin Übeydi öldürsəydi, o, cəhənnəmlik olardı. Lakin onun əli ilə ölən oğlu şəhidlik mərtəbəsini qazanmışdı. Ona görə də Səid bin Übeydə belə dedi: “Bu ox Əbu Bəkrin oğlunu şəhid etmişdi. Ona sənin əlinlə şəhid edən, səni onun əli ilə kafir kimi öldürməyən Allaha həmd olsun! Hər ikiniz Onun mərhəmətinə layiq görülmüsünüz”.
Hz. Səid də o döyüşdə müşrik olaraq öldürülmədiyinə sevindi, Allaha şükür etdi.[1] Allah onlardan razı olsun!
[1] Hakim, Müstədrək, III, 478; Beyhaqi, Sünən, IX, 98.