Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Abdullah bin Məsud (r.a.)

Tarix: 01.02.2014 | Bu məqalə 2. 404 dəfə oxunub.

“Doğru və düzgün olun. Şübhəsiz ki, doğruluq yaxşılığa, yaxşılıq da insanı cənnətə aparar. Doğru danışanın adı, nəticədə, Allah qatında “Siddiq” (yalnız doğru danışan) mərtəbəsində yazılar. Yalan danışmaqdan uzaq olun. Çünki yalan danışanın adı, nəticədə, Allah qatında “Kəzzab” (çox yalan danışan) kimi yazılar”.[11]

“Kim dolanışıq çətinliyini insanlara şikayətlənsə, onun ehtiyacı aradan qaldırılmaz. Lakin kim dolanışıq çətinliyini Allaha bildirsə, Allah onun çətinliyini aradan qaldırar, bolluğa çıxardar”.[12]

“Xəstəliyə və ya başqa cür bir çətinliyə məruz qalan heç bir müsəlman yoxdur ki, Allah ağacın yarpaqlarını tökdüyü kimi, bu vasitə ilə onun günahlarını bağışlamasın”[13].

Fiqih Elmindəki Yeri

Hz. Abdullahın fiqh elmində də xüsusi yeri vardı. Bir çox fətvalar vermişdi. Əbu Musa əl-Əşari (r.a.) kimi böyük alim onun elminə hörmət edər, “İbni Məsud aranızda mövcud olduqca məndən heç nə soruşmayın”, – deyərdi. Hz. Ömər də onun haqqında: “İbni Məsud elmlə doldurulmuş bir dağarcıqdır”, – demişdi.

Abdullah (r.a.) yaxşı bir alim olduğu kimi, eyni zamanda yaxşı müəllim idi. Bildiklərini ən gözəl şəkildə başqalarına öyrədərdi. Hz. Əlinin olduğu bir məclisdə: “Biz Hz. Abdullahdan daha gözəl əxlaqlı, daha şəfqətli, daha təqvalı bir kimsəni görmədik”, – dedilər. Hz. Əli (r.a.): “Bunu səmimi qəlbdən deyirsiniz?” – deyəndə, “bəli” cavabını aldı və: “Şahid ol, ya Rəbb, mən də bunların dediklərini və daha çoxunu təsdiq edirəm”, – dedi.[14] Ona görə də Hz. Ömər (r.a.) onu Kufəyə müəllim göndərdi. Kufə əhlinə də belə bir məktub yazdı:

“Sizə Ammar bin Yasiri vali, Abdullah bin Məsudu müəllim göndərirəm. Hər ikisi Bədir əshabıdır. Onlara tabe olun, itaət edin və sözlərini dinləyin. Bilin ki, sizi özümdən üstün tutaraq Abdullah bin Məsudu yanınıza göndərirəm”.[15]

İbn Məsud (r.a.) Hz. Osmanın xəlifəliyi dövründə qazılıq və fətva vermə  vəzifəsini gördü. Ayrıca Beytülmal məmuru vəzifəsində də işlədi. O illərdə bizanslılarla və sasanilərlə döyüşən mücahidlərin ehtiyacları Kufədən göndərilirdi. İbn Məsud (r.a.) bu vəzifəsini gözəl şəkildə ifa etdi. Hz. Osmanın xilafətinin son illərində fitnə yayılınca Hicaza qayıtdı.

Yetişdirdiyi Tələbələr

İbn Məsudun tələbəlik etmiş  tabiunun məşhur alimlərindən bəziləri bunlardır: Alqamə b. Qeys , Əsvəd b. Yezid , Abidə əs-Səlmani , Mesruq b. Ecda’ , Əmr b. Şürahbil və Haris b. Qeys. Məşhur Əbu Hənifə məktəbinin qurucusu Alqamə b. Qeysdir. Ardınca da tələbələri İbrahim Ən-Nəxai, Əsvəd ibn Yəzid Ən-Nəxai və Şabi gəlir. Bunların da ən məşhur tələbəsi olan Hammad b. Əbi Süleyman, Əbu Hənifəyə müəllimlik etmişdir. Bu məktəbdə, Əbu Hənifədən başqa Süfyanı-Səvri, İbn Əbi Leyla və İbn Şübrümə kimi məşhur alimləri yetişmişdir.[16]

Tələbələrindən Mesruk onun haqqında belə deyir: “Allah Rəsulunun səhabələri ilə oturub-qalxdım, onlarla söhbət etdim. Onların hər birinin həqiqətən bir ümman kimi dərin olduqlarını müşahidə etdim. Onlardan bəzisi vardı ki, bir adamın elmə olan bütün ehtiyacını və aclığını aradan qaldıracaq qədər geniş elmə sahib idi. Bəzisi, iki adamı; bəzisi on adamı; bəzisi yüz nəfəri; hətta bəziləri də bütün yer üzündəki insanları elmdə əhya edəcək ölçüdə alim idi. Bəli, Abdullah b. Məsud da bunlardan biriydi.”[17]

Vüslata Doğru

Hz. Abdullah ömrünün sonuna yaxın xəstələndi. Hz. Osman (r.a.) onu ziyarətə gələndə şikayətini soruşdu.

Hz. Abdullah bin Məsud: “Bir şikayətim var, o da günahlarımdır!” – deyə cavab verdi, Hz. Osman ondan nə istədiyini soruşdu, o, Allahın mərhəmətini istədiyini dedi. Hz. Osman bu dəfə: “Sənə nəsə gətirim?” – deyə soruşdu. Cavab qısa idi: “Ehtiyacım yoxdur”. Nəticədə, Hz. Osman: “Övladlarına qoyarsan”, – deyəndə Abdullah: “Övladlarımın ac qalacağındanmı qorxursan?! Mən onlara hər gecə “Vaqiə” surəsini oxumağını əmr edərdim. Çünki Rəsulullahın “Kim hər gecə “Vaqiə” surəsini oxusa, dünyada yoxsulluq dərdi çəkməz” buyurduğunu eşitmişdim”.[18]

Hz. Abdullah 64 yaşında hicrətin 32-ci ilində vəfat etdi. Baqi qəbiristanlığına dəfn edildi. Cənazə namazını Hz. Osman (r.a.) və Hz. Ammar ibn Yasir (r.a.) qıldırmışdır.[19]

İbrətlik sözlərindən:

“Harama girib zəngin olmaqdansa, yoxsul qalmağı, Allaha üsyan edib şərəf qazanmaqdansa, Ona itaət edib təvazökar olmağı seçmək lazımdır”.

Abdullah (r.a.): “Əsla heç kəs “immə” olmasın!” – dedi. “”İmmə” nədir?” – deyə soruşdular. Abdullah dedi: “İmmə “mənim şəxsi fikirlərim yoxdur, insanlar nə etsə, mən də elə edərəm, Müsəlman olsalar, Müsəlman olaram, kafir olsalar, mən də kafir olaram” deyən kim­sədir. Siz: “Bütün insanlar kafir olsalar, mən Müsəlman qalmağa qərarlıyam”, – deyin”.

[1] İbn Sad, Təbəqat, III /150-151; İbn Kəsir, Əl-Bidayə vən-Nihayə, VII /162

[2] Üsdül-Ğabə, 3: 257

[3] Müslim, Fəzailüs-Səhabə: 110; Tirmizi, Mənaqib: 38

[4] Tirmizi, Mənaqib: 38

 [5] Nisa surəsi, 41

[6] Buxari, Fəzailül-Quran: 32-33

[7] Tirmizi, Mənaqib: 38

 [8] Təbəqat, 3: 155

[9] Buxari, Fəzailüs-Quran 8; Müslim, Fəzailüs-Səhabə: 115

[10] Müslim, İman: 147; Tirmizi, Birr: 60

 [11] Buxari, Ədəb: 69; Müslim, Birr: 105

 [12] Tirmizi, Zühd: 18

 [13] Buxari, Mərdə: 3; Müslim, Birr: 45

 [14] Üsdül-Ğabə, 259

 [15] Safədi, Əl-Vafi bil-Vəfəyat, s. 2502.

[16] . Cərrahoğlu, DİA, I / 117

[17] İbn Sad, Ət-Təbaqatul-Kübra, IV / 159

[18] Üsdül-Ğabə, 259

[19] İbn Kəsir, Əl-Bidayə, 7/163

Davamı: 1 2 3

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.