Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Alim səhabələr

Tarix: 02.05.2013 | Bu məqalə 770 dəfə oxunub.

Fərvə ibn Nofəl danışır: “Mən Abdullah ibn Məsudla söhbət edirdim. Abdullah dedi ki, Muaz Allaha itaət edən, Onun birliyinə inanan bir ümmətdir, müşriklərdən deyildir”. Mən “Ey Əbu Əbdürrəhman (Abdullah ibn Məsudla), Allah Təala “İbrahim bir ümmət idi[8]” buyurur” dedim. O, yenə dediyi sözü təkrarladı. Onun sözünü təkrar etdiyini görüb bunu xüsusi dediyini başa düşüb susdum. İbn Məsud mənə baxaraq, belə dedi: “Sən heç bilirsən, ümmət nədir? Qanit nədir? Mən “Ən doğrusunu Allah bilir,” – dedim. O da belə dedi: “Ümmət odur ki, insanlara xeyir öyrədir, rəhbərlik edir və insanlar onu dinləyib əməl edirlər. Qanit isə Allaha itaət deməkdir. Muaz da belə insandır. Həm xeyri öyrədir, həm də itaətkardır”.[9]

Ömər ibn Xəttab belə demişdi: “Muaz ibn Cəbəl Şama (Suriyaya) getmək üçün yola düşmüşdü. Onun Şama gedişi Mədinə camaatını fitva məsələlərində çətin vəziyyətə saldı. Əbu Bəkirdən onu geri qaytarmasını xahiş etdim, ancaq razı olmadı”.

Muaz ibn Cəbəl Allah Rəsulunun (s.a.s.) və Əbu Bəkrin sağlığında da xalqa fitva vermişdir.[10] İbn Məsud onun haqqında belə deyir: “Allah Rəsulunun sağlığında müəllimlərdən biri də Muaz idi”.

Abdullah ibn Ömərin elmi də dillərə dastandır. İbn Abbasdan belə bir rəvayət var: “Hər ümmətin bir alimi vardır. Bu ümmətin alimi də Abdullah ibn Ömərdir”[11].

Bir məqamı da vurğulayaq ki, Maliki və Hənbəli fəqihlərinin çoxu Abdullah ibn Ömərə, Hənəfi məzhəbinin fəqihləri (fiqh alimləri) Abdullah ibn Məsuda, Şafi məzhəbinin fəqihləri isə Abdullah ibn Abbasa istinad edir. Az sayda fiqh alimləri başqa səhabələrə müraciət etmişdir.



[1] Səhavi, Fəthül-muğis, 3/120

[2] Hakim, Müstədrək, 3/509

[3] Müsnəd, 1/379; Kənzül-Ümmal, 11/71 (33468)

[4] İbn Sad, 2/343

[5] İbn Sad, 2/344

[6] Əbdürrəzzaq, əl-Müsənnəf, 7/354-355 (13454); İbn Əbi Şeybə, əl-Müsənnəf, 10/88; Kənzül-Ümmal,13/583-584 (37499)

[7] İbn Sad, 2/348

[8] “Nəhl” surəsi, 16/120

[9] İbn Sad, 2/349

[10] İbn Sad, 2/348

[11] Kənzül-Ümmal, 11/720 (33516) (Deyləmidən)

Davamı: 1 2