- Səhabələr - https://sehabe.meneviyyat.az -

Allah Rəsulunun üzəngi yoldaşı

Peyğəmbərimizin (s.a.s.) Mədinəyə hicrətindən sonra mü­səl­man olan Uqbə ibn Amir əl Cuhəni gözəl Quran oxuyurdu. Peyğəmbərə (s.a.s.) beyətindən sonra mühacir səhabələrlə birlikdə bir gecə Allah Rəsulunun yanında qalmış, sonra da sürüsünün başına qayıtmışdı. Ancaq Allah Rəsulunun (s.a.s.) yanında olmamaq və yeni gələn ayələrdən xəbərsiz qalmaq ona ağır gəlmişdi. Öz-özünə: “Vay halına! Sən bu sürülərə görə Allah Rəsulunu tərk edirsən? Vəhyi onun dilindən eşitməyə bu sürülər mane olur?” – deyərək yenidən Mədinənin yolunu tutmuşdu.

Artıq hər günü Rəsulullahın yanında keçirdi. Peyğəmbərimiz səfərə çıxanda miniyinin yüyənini tuturdu. Allah Rəsuluna xidmət etməkdən zövq alardı. Peyğəmbərimiz çox vaxt onu miniyinin tərkində oturdurdu. Buna görə də ona “Rəsulullahın rədifi (üzəngi yoldaşı)” deyirdilər.

Həzrət Uqbə (r.a.) Rəsulallaha xidmətin bərəkətini sağlığında gördü. Quran, hədis, fiqh və fəraiz elmlərini mükəmməl öyrəndi. Elm və cihadda fəzilətli səhabələrdən oldu.

Uqbə gözəl Quran oxuyur, Quranı oxumaqdan və başqalarına öyrətməkdən zövq alırdı. Rəsulullah ona “Hud” və “Yusif” surələrini oxutmuşdu. Bir gün Həzrət Ömər onu çağırtdırmış, Quran oxutdurub dinləmişdi. Və göz yaşlarını saxlaya bilməyib ağlamışdı.

Allah Rəsulunun əmisi oğlu Fəzl ibn Abbasın da ləqəbi “Rədifür-Rəsulullah” idi. Həzrət Fəzl Vida həccində Rəsu­lul­lahla eyni dəvəyə minmişdi. Buna görə də “Rədifür-Rəsulullah” ləqəbini almışdı. [1]



[1] İbn Sad, Təbəqat, 4/37  İbn Sad,