Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allahın qılıncı

Tarix: 05.05.2013 | Bu məqalə 2. 484 dəfə oxunub.

Həzrət Xalid (r.a.) məhz bu hadisədən sonra “Seyfullah” (Allahın qılıncı) ləqəbini almışdır. Həzrət Xalid sayca çox düşmənin Müsəlman ordusunu pərən-pərən salmasına imkan verməmiş, ordunu sağ-salamat Mədinəyə gətirməyi ba­carmışdı.[2]

Şəhidlik arzusu ilə aram tapmayan Həzrət Xalid (r.a.) cihad meydanlarını Allaha ən yaxın yer hesab edirdi. Bir dəfə belə demişdi: “Mən hərb meydanında cihaddan aldığım həzzi heç vaxt zifaf gecəsindən ala bilmərəm”.

Onun ən böyük arzusu cihad meydanlarında şəhid olmaq­ idi. İranın üstünə yeriyəndə iranlılara belə bir xəbər gön­dərmişdi: “Sizin üstünüzə elə bir ordu ilə gəlirəm ki, axirəti sizin fani dünyanı sevdiyiniz qədər sevir”.

Allah Rəsulu Xalidin şücaət və cəsarətini ayrı-ayrı vaxtlarda və müxtəlif yerlərdə təqdir etmişdir. Məkkənin fəthində müsəlmanlar şəhərə girəndə Xalidi uzaqdan görən Allah Rə­sulu Əbu Hüreyrədən gələnin kim olduğunu soruşmuşdu. Əbu Hüreyrə: “Xalid ibn Vəliddir” demişdi. Rəsulullah da: “O, Allahın nə yaxşı bəndəsidir!” deyə buyurmuşdu.[3]

Allah Rəsulu bir dəfə Həzrət Xalid haqqında: “Xalid ibn Vəlidə gəlincə, o, hər şeyini sizin üçün vermişdir, varını-yoxunu hərblərdə Allah yolunda sərf etmişdir” deyə buyurmuşdu.[4]

Həzrət Xalid Hüdeybiyyə müqaviləsindən sonra Amr ibn əl-Asla birlikdə müsəlman olmaq  qərarına gəlmiş və Mədinənin yolunu tutmuşdular. Bundan xəbər tutan Peyğəmbərimiz (s.a.s.) “Məkkə ciyərparələrini bizə göndərir” deyə buyurmuşdur.

Davamı: 1 2 3 4