Peyğəmbərimiz ona və İkriməyə baxanda “Allah ölüdən diri çıxarır” (“Rum” surəsi, 30/19) ayəsini oxuyardı. Çünki onlar seçilmiş səhabələrdən, ataları isə Allah və Rəsulunun düşmənlərindən idi. Xalid ibn Vəlid Hüneyn döyüşündə ordunun ön sıralarında vuruşurdu. Rəsulullah Qureyşin sitayiş etdiyi bütlərin yerlə-yeksan edilməsini də ona tapşırmışdı.
Allah Rəsulunun vəfatından sonra dindən dönmə (irtidad) hadisələri baş verəndə Həzrət Əbu Bəkirin yanında idi. Xəlifə Həzrət Əbu Bəkir Xalid ibn Vəlidi Tuleyhanın üstünə göndərmişdi. O da düşmən ordusunu darmadağın edərək Yəmamə xalqı ilə sülh bağlamış, Fəcaanın qızı ilə evlənmişdi.
Həzrət Xalid vəfat edəndə Bəni-Muğirə qəbiləsinin qadınları saçlarını kəsib qəbrin üstünə tökmüşdülər. Qəbir üstünə gələn qadınların ucadan ağlamasını yaxşı qarşılamayanlar olmuşdu. Bu məqamda Həzrət Ömər “Bəni-Muğirə qadınlarına toxunmayın, qoyun göz yaşlarını sel kimi axıtsınlar”[5] demişdi. Yəni “Həzrət Xalid üçün nə qədər ağlasalar, azdır!”
[1] İbn Həcər, əl-İsabə, I, 413.
[2] İbn Həcər, əl-İsabə, I, 413.
[3] Əhməd ibn Hənbəl, Müsnəd, II, 1360.
[4] Əbu Davud, Sünən, I, 163.
[5] Üsdül-ğabə, 2/109-112; İbn Mənzur, Müxtəsərü-tarixi Dəməşq, 8/5-28.