Səhabələr

Bədrə Doğru

Əbu Cəhlin arxa durduğu Amir oradaca yaxasını cırıb başına-gözünə vurmağa başlayır! Yerə yıxılıb ətrafa toz-torpaq səpir, –Vay yazıq qardaşımın halına, – deyə inləyir. Əslində, bu, birbaşa Utbə ibn Rəbiənin bir ismarışı idi, çünki o, Qureyş arasında Amrın can yoldaşı idi. Əbu Cəhlin planı yenə işə yarayır. Amirin ürək yandıran fəryadı müşrikləri cəsarətləndirmiş və intiqam hissi ilə döyüşə sövq etmişdi. Bütün bunlardan xəbərdar olan Utbə öncə Əbu Cəhlə təhqir  dolu sözlər yağdırır. Sonra da əlavə edir: – Sabah hər kəs kimin gözünün boyandığını daha yaxşı görəcək, mənim yoxsa,  onun? Bu müddətdə Əbu Cəhil artıq atını mahmızlayıb ordunu toplamağa başlamışdı... O, Allaha inanmasa da, dara düşəndə Rəbbi xatırlayacaq və diləyini Allaha ərz edəcəkdi. Belə deyir: – Allahım! Yaxınlarımızla qohumluq bağlarını kəsdik, başımıza bilmədiyimiz şeylər gəldi. Sabah bizi qalib et! Allahım! Aramızdan Sənə ən sevgili kimdirsə və Sən daha çox kimdən razısansa, sabah zəfəri ona nəsib et! Ölünü dirildən, dirini də öldürən Allah (c.c.) kimə harada və necə xidmət etdirirdi! Ədəbsizin biri olan bu adam Bədir meydanında xeyir adından dua edirdi və bu, Əbu Cəhlin heç bir məcburiyyət olmadan öz əleyhinə etdiyi dua idi. Daha sonra Cəbrail gəlir və fəth öncəsi işə ilk başlayanın da o olduğunu elan edir.[24] Rəsulullahın (s.ə.s.) cəhdləri Bütün bunlara baxmayaraq, Mərhəmət Peyğəmbəri (s.ə.s.) sonunucu dəfə Hz.Öməri müşriklərin olduğu yerə göndərir və onları qılıncın qından çıxdığı ən kritik anda savaşdan vaz keçməyə çağırır. Bəlkə də, bir az əvvəl qızılı dəvəsinin üzərində insanları geri qaytarmağa çalışan Utbənin hərəkəti Onu ümidləndirmişdi. Göndərdiyi ismarışda onlara: – Geri qayıdın, – deyə xitab edir və baş verə biləcək hadisələr barədə müşrikləri xəbərdar edirdi. Bütün bu səylərindən də göründüyü kimi, Allah Rəsulunun ayrı-ayrı şəxslərlə heç bir ədavəti yox idi. Onun məqsədi Allahın rizası idi. Məkkədən Bədrə qədər gələnlər isə bu rizanın həyata keçməsinə əngəl olurdular. Bu anda belə geri qayıtsalar, tüklərinə də toxunan olmayacaq, bu rizanı qazanmaq yolunda işlər artaraq davam edəcəkdi. Onların isə nə rizadan anlayan ağılları, nə də özlərini təhlükəyə atmaqdan xilas edən rəhbərləri vardı. Əbu Cəhil kimi gözünü qan tutmuş bir firona təslim olan millət başını bəladan qurtara bilməzdi  və Bədir günü də elə olur! Hz. Xədicə validəmizin əmisi oğlu Hakim ibn Hizam Hz.Ömərin gətirdiyi ismarışı eşidən kimi dərhal irəli çıxır və: – O, səmimi davranıb sizə nəsihət edir, qəbul edin! Əgər siz bu nəsihətə qulaq  asmayıb, Ona qarşı döyüşə girsəniz, əsla qalib olmayacaqsınız, – deyir. Əbu Cəhil yenə də havanı pozur: – Vallah, Allah bizə bu imkanı vermişkən və onları ovcumuzun içinə almışkən əsla geri dönmərik, – deyir. Artıq məsələ aydın idi; Əbu Cəhlin rəhbərlik etdiyi ordu nəyin bahasına olur-olsun, döyüşəcəkdi. Bütün ordu qarşı çıxsa belə, təkcə Əbu Cəhlin kin-küdurəti bu ordunu döyüşə sürükləməyə yetərdi! Ona  qarşı çıxmağın heç bir mənası yox idi, gedib sakitcə silaha sarılacaq və Əbu Cəhlin əmrini yerinə yetirməyə çalışacaqdılar. Dua Səbəblər və şərtlər baxımından zəruri olan hər bir şey yerinə yetirilmişdi və artıq Müsəbbibül-Əsbaba – bütün səbəbləri meydana gətirən Allaha yönəlmək vaxtı idi. Qureyş ordusu müsəlman qoşunundan üç dəfə çox idi və o vaxtkı döyüşlər də birbaşa insan qüvvəsinə əsaslanırdı. Rəsulullah (s.ə.s.) sayca az olduqları halda, çoxluğun öhdəsindən gəlmək üçün öncə qibləyə yönəlib iki rükət namaz qılır və sonra da mübarək əllərini açıb Allaha yalvarır: "Allahım! Məni yalnız buraxma! Allahım! Mənə vəd etdiyin şeyləri gerçəkləşdirib bizi lütfünlə qucaqla! Allahım! Əgər bu bir ovuc insan İslam uğrunda burada həlak olarsa, artıq yer üzündə Sənə ibadət edən bir nəfər qalmaz!" Bu anda rəqib Qureyşin böyükləri olsa belə, əslində, bu, imanla şirkin üz-üzə gəlməsi idi. Ona  görə də Bədirdə şirk cəbhəsi bir üstünlük qazanardısa, bu, dünyada imanla bağlı bir nişanənin  qalmaması demək idi. Çünki Allah Rəsulu (sallallahu əleyhi və səlləm) və səhabə həzrətləri iman uğrunda canlarını vermədən Bədir meydanından geri dönməyi düşünmürdü. Bunları o qədər ürəkdən söyləyirdi ki... Sanki, bütün əzaları ilə muradı, diləyi bütünləşmişdi... Səmaya doğru mübarək əllərini o qədər qaldırır ki, əbası yerə düşür. Onu qaldırıb yenidən çiyinlərinə qoyan Hz.Əbu Bəkir əbanın bir kənarından tutub şəfqət və mərhəmət peyğəmbəri Allah Rəsuluna (s.ə.s.) təsəlli vermək istəyir: