Səhabələr

Baba Abdulmuttalibin himayəsi

Abdulmuttalib indi daha dərindən fıkirləşirdi, çünki bir çox kitabları oxuyaraq dərin dini biliklərə malik olan bu şəxslər Abdullahın əmanəti Məhəmmədin gözlənilən Peyğəmbər olduğunu bilirdi, amma hamısının da müştərək təlaşı vardı: uşağı qısqanc din adamlarının şərindən qoruya bilməmək. Deməli, Abdulmuttalibin çiyinlərinə bir məsuliyyət də əlavə olunurdu.

Bu əsnada Bəşərin Sultanı səkkiz yaşını yenicə keçmişdi. Abdulmuttalib də artıq yaşlanmış və dünya ilə vidalaşmaq anı yaxınlaşmışdı. Bir gün oğlu Əbu Talibi yanına çağırır, olduqca ciddi və qəti tərzdə bunları deyir:

− Bu oğlumun şanı və şərəfı çox uca olacaqdır və O, mənim sənə bir əmanətimdir.[4]

Beləcə o da yola rəvan olmuş, əbədi aləmə səfərə başlamışdı. Və çox keçməmiş səksən iki yaşlı Abdulmuttalib də vəfat etdi. Babasının da Haqqa yürüdüyünü eşidə İnsanlığın Əmini  Abdulmuttalibin cansız bədəninin yanında dayanmış, şəfqət qanadları ilə Onu himayə edib qoruyan babası üçün göz yaşı tökürdü.[5]

Aydın idi ki, qədər ata və anasından sonra, babası Abdulmuttalibi də yanından apararaq bəşəriyyətin həsrətlə gözlədiyi Son Peyğəmbərin üzünü sadəcə Rəbbi-Rəhimin şəfqət və mərhəmət qapısına yönəldir və beləliklə, Ondan gələcək vəhyi öz paklığı içində qəbul edəcək bir şüuraltının formalaşmasını murad edirdi. Madam ki O, bəşərin xilaskarı idi, ona görə də istər ata, istərsə ana olsun, hansısa bir bəşərin istiqamət verməsi ilə deyil, birbaşa mülkün və məxluqatın Sahibi tərəfindən tərbiyə edilməli idi. Allah Rəsulunun həyatında baş verən hadisələr də bu məcrada cərəyan edirdi.


[1]. İbn Sa’d, Tabakat, 1/118
[2]. İbn Hacer, İsabe, 2/134, 135; Halebi, Sire, 1/187
[3]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/272
[4]. Suyuti, Hasaisu’l-Kubra, 1/90
[5]. Bax: İbn Sa’d, Tabakat, 1/119; Semani, Ensab, 1/57. Abdulmuttalibin yüz on yaşında vəfat etdiyini qeyd edənlər də var. Bax: Eyni əsər.
Davamı: 1 2 3 4 5 6