Səhabələr

Bütün Peyğəmbərlərin müştərək istəyi

Artıq ən mühüm məsələlərdən danışarkən sözü Ona gətirmək bir adətə çevrilmişdi; Hz. Musa qövmünə Ondan bəhs edir, Hz. İsa həvariləri ilə söhbət edərkən Ona müraciət edirdi. Faran dağlarından Ərafata, anadan olacağı mühitdən hicrət məkanına, ailə həyatından yerinə yetirəcəyi missiyasına qədər, demək olar ki, hər xüsus qeyd olunur və insanlar Onun gəlişinə hazırlanırdı.

Zehinlər Onun gəlişinə o qədər hazırlanmış və Onun gələcəyi o qədər aşkar olmuşdu ki, bir zamanlar Onu gözləyənlər gəlişini görmək üçün “misfa” adlanan yüksək qüllələr inşa etmiş və onlara  növbətçilər qoyub “Mustafa”nı gözləməyə başlamışdılar.[7]



[1]. Bax: “Ali-İmran” surəsi, 3/81, 82
[2]. Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/75; Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 1/324; Kastallani, Mevahib, 1/7, 16. Əslində bu ifadələr “Ey Həbibim (Rəsulum), sən olmasaydın, fələkləri də yaratmazdım” həqiqətinin bir başqa şəkildə ifadəsidir.
[3].  Bunu ifadə etmək məqsədi ilə bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “Allahın ilk yaratdığı şey mənim nurumdur” (Alusi, Ruhu’l-Meani, 8/71) buyurmuşdur. Bir gün Allah Rəsulundan ilk olaraq nəyin yaradıldığını soruşan Cabir ibn Abdullaha: “Ey Cabir! Allah (cəllə cəlaluhu) varlığı yaratmamışdan əvvəl Öz nurundan sənin Peyğəmbərinin nurunu yaratdı”, – cavabını vermiş, sonra da bu nurdan yerin (kövnü-məkanın) yaradıldığını bildirmişdir. Bax: Kastallani, Mevahib, 1/7 Allahın ilk olaraq şüuru və qələmi yaratması ilə bağlı rəvayətlər də var. Başlanğıc etibarilə fərqli görünən bütün bu rəvayətlər, əslində eyni məsələyə işarə edir və Peyğəmbərin hər şeyin fövqündə dayandığını göstərir. Çünki kainat səhifə-səhifə oxunmalı bir kitab Allah Rəsulu da həmin kitabın silinməz qələmidir.
[4]. Rəsulullah bir gün: “Hələ Adəm palçıqla torpaq arasında gedib-gələrkən mən Allahın dərgahında Onun qulu və “Xatəmun-Nəbiyyin”i idim”, – buyurmuşdur. Bax: İbn Hişam, Sire, 1/175; Taberi, Tarih, 2/128 Rəsulullahın “Əhməd” ismi isə peyğəmbərlərin dilində dolaşırdı. Buna görə, İsanın (ə.s.): “Ey İsrail oğulları! Mən sizə göndərilimiş Allah Rəsuluyam. Mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq etmək və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə sizi müjdələmək üçün göndərilmişəm” (“Səff”surəsi, 61/6), – dediyini birbaşa Quran bəyan edir. Rəsulullah (sallallahu əleyhi və səlləm) başqa hədislərində: “Mənim Qurandakı adım Məhəmməd, İncildə Əhməd və Tövratda isə Ahyəddir”, – buyurmuşdur. Bax: El-Hindi, Kenzu’l-Ummal, 1/356 (1021)
[5]. Bax: Kadı İyaz, Şifa, 1:176 “Mukimu’s-Sunn” de; “sünnəni iqamə edən” mənasında Peyğəmbərimizin adlarından biridir.
[6]. Bax: “Əraf” surəsi, 7/155 və b.
[7]. Hələ O, dünyaya gəlməmişdən əvvəl vəziyyət belə olduğu kimi, qiyamətin qopmasından sonra da fərqli olmayacaqdır. Çünki şəfaət haqqındakı uzun bir hədisində Allah Rəsulu (sallallahu əleyhi və səlləm) haqlarında mənfı qərar çıxan və özlərinə çarə axtaran Adəm oğullarının Hz. Adəmdən başlayaraq müraciət etdikləri hər peyğəmbər tərəfindən başqalarnın yanına göndəriləcəyini və bu adamların nəticədə Onun yanına qədər gələcəyini buyurur. Bu da şəfaətin ünvanının Hz. Muhəmməd (sallallahu əleyhi və səlləm) olmasının təsdiqidir. Bax: Buhari, Sahih, 4:1745 (4435) Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) gəlişi ilə bağlı müjdələr mövzusu ilə maraqlananlar daha ətraflı məlumat almaq üçün “İşıq” yayınlarında çıxan “Dillərdəki müjdə” kitabına müraciət edə bilərlər.
Davamı: 1 2 3 4