Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Cənazə namazına mələklərin gəldiyi səhabə

Tarix: 02.05.2013 | Bu məqalə 558 dəfə oxunub.

Sad ibn Muaz Ənsarın ağsaqqallarından biri idi. Həzərt Musab onun yanına gəlib müsəlman olmuş və İslamı kamil şəkildə təmsil etməyə çalışmışdı. Sad ibn Muaz Xəndək döyüşündə Allah Rəsulunun önündə sinəsini sipər etmiş, bir ox onun şah damarına saplanması ilə çox qan itirmişdi.

Allah Rəsulu (s.a.s.) aldığı yaradan yatağa düşən Sad ibn Muazı bir neçə dəfə ziyarət etdi. Ancaq Sad ibn Muaz get­dikcə ağırlaşan xəstəliyi ilə axirətə yaxınlaşırdı. Onun vəfat xəbərini Cəbrail çatdırmışdı: “Sad ibn Muazın vəfatı ilə ərş lərzəyə gəldi”. Allah Rəsulu (s.a.s.) yerindən qalxıb Həzrət Sadın evinə tələsdi. Səhabələr də Onun ardınca getdilər. Kiminin xirqəsi düşür, kiminin isə ayaqqabısı ayağından çıxırdı. Allah Rəsuluna çatmaq mümkün olmurdu. Səhabələr “Bizi yordun, ya Rəsulullah” – dedilər. Niyə bu qədər tələsdiyini bilmirdilər. Allah Rəsulu (s.a.s.) tələsməyinin səbəbini belə izah etdi: “Mələklər bizdən öncə yetişib Hanzala kimi Sadın cənazəsini də yumasından və bu şərəfdən məhrum olmaqdan qorxdum, ona görə tələsdim”.

Cənazə namazında Allah Rəsulu (s.a.s.) ayaqlarının ucunda yeriyirdi. Səbəbini soruşanlara: “O qədər mələk var ki, addım atmağa yer tapmıram”[1] – buyurdu. [2]

Səhabələr Sad ibn Muazın cənazəsini aparanda “Ya Rə­su­lullah, biz bu qədər asan aparılan cənazə görməmişik” dedilər. Peyğəmbərimiz (s.a.s.) belə buyurdu: “Sadın dəfninə yetmiş min mələk endi. İndiyə qədər bu qədər izdihamla yer üzünə enməmişdilər”.



[1] Buxari, Mənaqibül-ənsar,  12; Müslim, Fəzailüs-səhabə, 123, 125; Tirmizi, Mənaqib, 3847; Heysəmi, Məcməüz-Zəvaid, 9/308-310; İbn Əsir, Üsdül-ğabə, 2/221-225; Zəhəbi, Siyərü aləmin-nübəla, 1/287, 294

[2] Varlığın metafizik boyutu, 233-234, Nil yayınları,  2008, İstanbul

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.