Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Cənnət gənclərinin seyidi

Tarix: 02.05.2013 | Bu məqalə 252 dəfə oxunub.

Peyğəmbərimizin “Cənnət gənclərinin seyidi” adlandırdığı sə­habə Həzrət Həsəndir (r.a.). O, miladi təqvimi ilə 625-ci ildə dünyaya göz açmışdır. Allah Rəsulu onun adını özü qoymuşdur.

Peyğəmbərin (s.a.s.) yanında böyüyən Həzrət Həsən mü­kəmməl bir tərbiyə gördü. Peyğəmbərimiz  Həsəni çox istəyir və ona şəfqət göstərirdi.

Bir gün Əbu Əyyub Peyğəmbərimizin Həzrət Həsən və Hüseynlə oynadığını görüb soruşdu:

– Ey Allahın Rəsulu, bunları çox istəyirsən?

Peyğəmbərimiz buyurdu:

– Necə istəməyim ki, onlar mənim dünyada öpüb-qox­ladığım iki gülümdür.

Bundan sonra Həzrət Həsən və Həzrət Hüseyn “Rey­ha­nə­təyir-Rəsul” (Rəsulullahın iki gülü) ünvanını almışlar.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.