Peyğəmbərimizin “Cənnət gənclərinin seyidi” adlandırdığı səhabə Həzrət Həsəndir (r.a.). O, miladi təqvimi ilə 625-ci ildə dünyaya göz açmışdır. Allah Rəsulu onun adını özü qoymuşdur.
Peyğəmbərin (s.a.s.) yanında böyüyən Həzrət Həsən mükəmməl bir tərbiyə gördü. Peyğəmbərimiz Həsəni çox istəyir və ona şəfqət göstərirdi.
Bir gün Əbu Əyyub Peyğəmbərimizin Həzrət Həsən və Hüseynlə oynadığını görüb soruşdu:
– Ey Allahın Rəsulu, bunları çox istəyirsən?
Peyğəmbərimiz buyurdu:
– Necə istəməyim ki, onlar mənim dünyada öpüb-qoxladığım iki gülümdür.
Bundan sonra Həzrət Həsən və Həzrət Hüseyn “Reyhanətəyir-Rəsul” (Rəsulullahın iki gülü) ünvanını almışlar.