- Səhabələr - https://sehabe.meneviyyat.az -

Cənnətin igidi

Əbu Süfyan ibn Haris İslamın gəlişindən əvvəl Rəsulullahı çox sevərdi. Peyğəmbərimiz (s.a.s.) insanları dinə dəvət etməyə başlayanda isə ona düşmən kəsildi. Daha sonra müsəlman oldu. Utandığından başını qaldırıb Rəsulullahın üzünə baxa bilmirdi. Ona etdiyi pisliklərə görə əfv dilədi. Huneyn döyüşündə göstərdiyi qəhrəmanlıqdan sonra Allah Rəsulundan (s.a.s.) iltifat gördü.

644-cü ildə həcc səfərindən qayıdarkən vəfat edən Əbu Süfyanın cənazə namazını Həzrət Ömər qıldırdı. O, Mədinədəki Baki qəbiristanlığında dəfn olundu. Rəsulullah bir hədisində “O, cənnət igidlərindən biridir” buyurmuşdur. Eyni zamanda Peyğəmbərimizə (s.a.s.) bənzəyən 7 nəfərdən biri də o idi.