Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Dühası dillərdə dastan olan səhabələr

Tarix: 04.05.2013 | Bu məqalə 623 dəfə oxunub.

Muğirə ibn Şubəyə “Müğirətür-rəy” deyirdilər.[2] Bütün dolaşıq məsələlərin həllində onun bildirdiyi fikrə üstünlük verilirdi.

Böyük Alim Şəbi Muğirənin belə dediyini eşitmişdir: “Heç kəs mənə üstün gələ bilməmişdir”. Kabisə ibn Cabir deyir: “Muğirə ilə dostluq etdim, əgər bir şəhərin səkkiz qapısı olsaydı və onların hər biri bir hiylə ilə açılsaydı, Müğirə o qapıların hamısından çıxardı”.[3]

Xüsusilə, Müaviyə dühası ilə şöhrət qazanmış, bu haqda rəvayət və hekayələr çoxalmışdır. Bu dörd nəfərin böyük dühaya malik olması icma ilə qəbul edilmişdir: Müaviyyə ibn Əbu Süfyan, Amr ibn As, Müğirə ibn Şubə və Ziyad ibn Əbihi.

Müaviyə dərin ağlı və məsələləri hər tərəfli araşdırması ilə tanınırdı. O, başqalarının fikrini dinləmədən heç bir şey haqda qərar verməzdi.

Bu dörd səhabə ilə yanaşı, Qeys ibn Sad ibn Ubadə və Abdullah ibn Büdeyl ibn Vərqa əl Huzayi də dühası ilə tanınırdı.[4]



[1] İbn Əbdülbərr, əl-İstiab, 3/389. Əlavə məlumat üçün bax.: İbn Əsir, Üsdül-ğabə, 5/248; İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 19/249-250.

[2] Zəhəbi, Siyərü Aləmin-nübəla, 3/22.

[3] Zəhəbi, Siyərü Aləmin-nübəla, 3/30.

[4] Zəhəbi, Siyərü Aləmin-nübəla, 3/108.

Davamı: 1 2