Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Fəziləti ilə tanınan səhabə

Tarix: 05.05.2013 | Bu məqalə 524 dəfə oxunub.

Həzrət Əlinin fəziləti dillər əzbəri olmuşdur. Məhəmməd ibn Mukərrəm Əbu Əli əl-Basirə “And olsun ki, sənin lüzumsuz işlərin Həzrət Əlinin fəzilətlərindən çoxdur” deyərək ən fəzilətli səhabənin Həzrət Əli olduğunu diqqətə çatdırır.

İlk Müsəlmanlardan, İslamın müdafiəsindən və qəh­rə­manlıqdan, dini bilməkdən, insanların bir-biri ilə kö­mək­ləş­mə­sindən və zühddən söz düşəndə bütün bu məziyyətləri özündə cəmləyən yeganə səhabə Həzrət Əli (r.a.) yada düşür.[1]

Həsən-Bəsri həzrətləri bir dəfə belə demişdir: “İnsan bəzən alim olar, amma abid olmaz, abid olar, alim olmaz, abid və alim olar, ancaq ağıllı olmaz. Süleyman ibn Yəsar alim, abid və ağıllıdır”. Səalibi Həsən Bəsrinin bu sözlərini “Simarül-qulub” adlı kitabına salaraq əlavə edir: “Yaxşı bəs onda Süleymanın məziyyətləri Həzrət Əlinin yanında necə görünür?!”

Həzrət Əli müxtəlif elm sahələrini dərindən bilməsi və gözəl xasiyyəti ilə zirvəyə yüksəlmişdir. Quran, hədis, fiqh, mühakimə, ədalət, təsəvvüf, qəhramanlıq, vəlilik, comərdlik, zahidlik, gözəl əxlaq, təqva, uzaqgörənlik və s. keyfiyyətlər Həzrət Əlidə ən üstün  səviyyədə cəmlənmişdir.

Əhməd ibn Hənbəlinin belə dediyi rəvayət olunur: “Allah Rəsulunun heç bir səhabəsi bəzi xüsusi fəzilətlərdə Həzrət Əliyə (r.a.) çata bilməmişdir”.[2]



[1] Bu xəbər Cahizdən nəql edilmişdir.

 

[2] Kəttani, Ət-təratibül-idariyyə, 3/180.