- Səhabələr - https://sehabe.meneviyyat.az -

Fitvaları təqlid edilən səhabələr

Allah Rəsulunun (s.a.s.) səhabəsinin elmi üç şəxslə son nöqtəsinə yüksəlmişdir. Bunlar Abullah ibn Məsud, Zeyd ibn Sabit və İbn Abbasdır. [1]

İbn Abbas. Abbasilər dövrünün əksər hökmdarları, qazı və şeyxülislamları hənəfi məzhəbində olsalar da, babaları İbn Abbasın məzhəbinə əməl edirdilər. [2]

İbn Məsud. “Fiqh elmini Abdullah ibn Məsud əkib. Əlqamə sulayıb, İbrahim ən-Nəhayi biçib. Hamməd xırmanda döyüb, Əbu Hənifə üyüdüb, Əbu Yusif xəmirini yoğurub, Məhəmməd isə bişirib. Digər insanlar isə onların bişirdiyi çörəyi yeyirlər” Burada İbn Məsud haqqında işlənən “Fiqhi əkib” cümləsi belə izah olunur: fiqhin füruu məsələsindən ilk dəfə Abdullah ibn Məsud söz açmışdır. [3]



[1] Səhavi, Fəthül-muğis, 3/119-120

[2] İbn Abidin, Rəddül-muxtar,1/56

[3] İbn Abidin, Rəddül-muxtar,1/49-50