Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Gözəl səsi və tilavəti ilə tanınan səhabə

Tarix: 02.05.2013 | Bu məqalə 395 dəfə oxunub.

Abdullah ibn Qeys və Əbu Musa əl-Əşari gözəl səsi və tilavəti (Quranı təcvid qaydalarına uyğun oxumaq) ilə tanınan səhabələrdəndir. “Abdullah ibn Qeysə Davudun mizmarı (zərbi-məsələ olub gözəl səs deməkdir) verilmişdir”,[1] “Dünən gecə sənin qiraətini necə dinlədiyimi bir görəydin! Sənə Davudun mizmarı verilib”[2] hədisləri bunu göstərir.

Ümmətin dörd qazısından biri olan Əbu Musa əl-Əşari gö­zəl səsli və alim səhabələrdəndir. Onun səsinə çatan olmazdı. Elə bil ona Davud ailəsinin mizmarı verilib.[3]

Nəhdi rəvayət edir: “Mən Musa əl-Əşarinin səsindən gö­zəl nə bir mizmar, nə bir tənbur, nə bir cəng dinlədim. O, bizə namaz qıldırırdı, biz onun Bəqərə surəsini oxumasını is­təyirdik”.[4]



[1] Müsnəd, 2/369; Buxari, Fədailül-Quran, 31; Nəsayi, İftitah, 83

[2] Müslim, Müsafirin, 235

[3] Əl-İsabə, 2/360

[4] Təzkirətül-huffaz, 1/24