- Səhabələr - https://sehabe.meneviyyat.az -

Həccac ibn İlat (r.a)

Həccac  Süleymoğulları qəbiləsinin varlılarından olub, qızıl mədənləri vardı. Hicrətin 7-ci ilində bir neçə dostu ilə birlikdə Məkkəyə gedirdi. Zülmətli bir gecə idi. Ətraf qaranlıqlara boğulmuşdu. Gecənin zülmətindən, vadinin səssizlik və tənhalığından ürəklərinə qorxu düşdü. Yollarına davam edə bilmədilər. Orda gecələməli oldular. Dostları  Həccacdan qorxudan əmin olmaq üçün bir şeylər etəsini istədilər. Həccac ayağa qalxdı, dostlarının ətrafında gəzinməyə başladı . Fırlana –fırlana bu sözləri deyirdi : “Sağ-salamat bir şəkildə evə qayıdana qədər özüm , dostlarım və heyvanlarımız adına bu dərədə olan cinlərdən Allaha sığınıram “… Elə bu vaxt qeyibdən belə bir səs eşidildi : ” Ey cin və insan tayfası! Əgər göylərin və yerin çevrəsindən kənara çıxa bilərsinizsə, çıxın. Siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!.(Rəhman surəsi,33)

O gecəni qorxu içərisində keçirdilər. Səhər olan kimi yollarına davam etdilər . Məkkəyə çatdıqlarında bu hadisəni müşriklərə xəbər verdilər. Müşriklər Həccaca :”Sən dinindən döndün, Məhəmməd də bu sözlərin özünə vəhy edildiyini deyir”. Həccac bunu sadəcə özünün deyil dostlarının da eşitdiyini söylədi . Sonra da Peyğəmbərimizin harada olduğunu soruşdu . Mədinədə olduğunu eşidincə vaxt itirmədən Mədinəyə yola düşdü . Uzun bir məşəqqətdən sonra Mədinəyə gəldi və Peyğəmbərimizi tapdı. Bir az söhbət etdikdən sonra o kəliməyi-şəhadət gətirib müsəlman oldu. Həmin vaxt Rəsulallah (s.ə.s.) Xeybəri qəzvəsi üçün  hazırlıq görürdü. Həccac ibn İlat da Xeybər qəzvəsinə iştirak etdi.

 Məkkə müşriklərindən bəzilərinin Həccaca külli miqdarda borcu var idi . O vəziyyəti Peyğəmbərimizə bildirdi. Allah Rəsulundan gedib borclarını almaq barəsində icazə istədi. Məkkəyə getdi. İşlərini rahat görə bilmək üçün müsəlman olduğunu müşriklərdən gizlətdi. Bunun sayəsində bütün borclarını qısa bir zamanda toplayıb Mədinəyə qayıtdı. Malının böyük bir qismini zəkat olaraq verdi. Həyatı boyunca İslamiyyətə xidmət etməkdən boyun qaçırmayan Həzrəti Həccac Həzrəti Ömərin xilafətinin ilk illərində Mədinədə vəfat etdi.[1]

Allah ondan razı olsun..


[1] İbn Əsir, Üsdül-Ğabə, 1/381; İbn Sad, Təbəqat, 4/270-271.