Bəzi rəvayətlərə görə isə, Allah Rəsulunun Həzrət Əbu Bəkrin cəhənnəmdən xilas olacağını müjdələməsi onun bu ləqəblə – sözün “azad edilmiş” mənasında – yad edilməsinə səbəb olmuşdur.[3] Bundan savayı, sərvətini Allah yolunda verdiyinə və köhnə paltarlar geyindiyinə “Zül-hilal”, xasiyyətcə çox rəhmdil və Allaha yalvarışda isə örnək olduğuna görə, “Əvvah”[4] və Rəsulullah tərəfindən həcc karvanına ilk əmir təyin ediliyinə görə “Əmirül-həcc”[5] ləqəbləri ilə yad edilmişdir.
[1] Mustafa Fayda, “Ebu Bekir”, D.İ.A., İstanbul, 1994, X, 101-108.
[2] Fuad Salih, Evavil, s. 287; Sarıçam, s. 6; Fayda, a.ç.ə., X, 101.
[3] Sarıçam, s.6
[4] Sarıçam, s.6.
[5] Fuad Salih, Elkab, s. 42; Fuad Salih, Evail, s. 288.