- Səhabələr - https://sehabe.meneviyyat.az -

Həzrət Ömərin özündən sonra xəlifəliyə layiq gördüyü səhabə

Həzrət Hüzeyfənin azad etdiyi kölə Salim fəziləti ilə seçilən və Quranı yaxşı bilən böyük səhabələrdəndir. Həzrət Ömər vəfat edəndə belə demişdi: “Əgər Salim yaşasaydı, xəlifəliyi şuranın seçməsinə həvalə etməzdim”.

Rəvayətə görə, ilk mühacirlər Kubaya gələndə səhabələr arasında Ömər ibn Xəttab və Əbu Sələmə ibn Əbdüləsəd ola-ola Salim onlara imamlıq etmişdir. Onların arasında Quranı ən yaxşı bilən Salim idi.

Allah Rəsulu onun haqqında: “Ümmətimin içində onun kimi insanları var edən Allaha həmd olsun” demişdir. [1]



[1] İbn Əsir, Üsdül-ğabə,2/305-306