Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Havlə binti Qeys (r.anhə)

Tarix: 11.06.2013 | Bu məqalə 686 dəfə oxunub.

“Allah Rəsuluna (s.ə.s) bol yemək ikram edən xanımdır”.

Havlə (r.anhə) Mədinədə Nəccaroğullarından Qeysin qızıdır. Mədinədə olması ona iki xöşbəxtlik gətirmişdir. Birincisi Allah Rəsulunun  Mədinəyə gəlməsi ilə müsəlman olması, digəri isə Rəsulullahın çox sevdiyi əmisi, İslam qəhrəmanlarının öndə gələni Hz. Həmzə ilə Mədinəyə hicrət etdikdən sonra evlənməsidir.

Allah Rəsulu (s.a.s) tez-tez onların evinə ziyarətə gedərdi. Bu ziyarətlər zamanı Havlə (r.anha) Ondan hədis dinləyərdi. Bir gün Rəsulullah (s.a.s) Hz. Həmzə ilə birlikdə evə gəlmişdi. Hər zaman olduğu kimi Havlə (r.anha) onlar üçün yemək hazırladı. Peyğəmbər Əfəndimiz yemək yeyə-yeyə Hz. Həmzə və Hz. Havləyə xitabən:

-Sizə xətaların, günahların kəffarəsindən xəbər verimmi?  deyə soruşdu.

Onlar:

-Bəli, Ya Rəsulullah xəbər ver dedilər.

Rəsulullah:

-Çətinliklərə baxmayaraq dəstəmazı tam almaq, məscidlərə çox getmək və namazdan sonra digər namaz vaxtının girməsini gözləmək. Daha sonra Allah Rəsulu (s.a.s) bir müddət Hz. Həmzə ilə danışdıqdan sonra belə buyurdu:

-Mal şirindir, çəkicidir. Kim onu haqqı ilə qazanarsa bərəkətli olar.

Havlə (r.anha)  Peyğəmbərə (s.a.s) yemək ikram etməyi çox sevirdi. Bir gün Peyğember (a.s) ondan yemək bişirməsini istəyir.

-Havlə! Bizim üçün bir şey hazırla yeyək. Hz. Havlə “kəsirə” adlanan ( un, süd və yağ ilə hazırlanır)  yeməkdən hazırlayır. Yeməyi Rəsulullah və Həmzənin qarşısına qoyur. Rəsulullah elini yeməyə uzatdığında yeməyin isti olduğunu görür , yemir və belə buyurur.

-Havlə! Nə istiyə, nə də soyuğa  dözə bilirik.

Havlənin (r.anhə) həyat yoldaşı Hz.Həmzə Uhud döyüşündə şəhid olduqdan sonra , onunla Numan ibn Aclan evləndi.1

Bu dövrün xanımları içində Hz.Havlə kimi Rəsulullah (s.a.s) üçün yemək hazırlamaq istəyən  çoxları vardır. Çox təəssüf ki, heç birimiz Hz.Havlə deyilik və zamanımızda Rəsulullahın yaşadığı əsr deyil….. Lakin süfrəmizdə ehtiyac olanlar, onun yolunu gedənlər olarsa , heç şübhə yoxdur ki, Peyğəmbər də (s.ə.s) orada olacaqdır. İnşallah bizimdə Hz.Havlə kimi səhabələrdən fərqimiz qalmaz.

İbn Əsir,Usdul-Ğabə 6/96 ; İbn Sad, Təbəqat 8/36

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.