Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hişam bin As (r.a.)

Tarix: 28.06.2013 | Bu məqalə 473 dəfə oxunub.

Xeyirsevərlərin xətalarını bağışlayın. (Hədisi-Şərif )

Böyük səhabə və Misir fatehi Amr bin Asın qardaşı idi. İslamın ilk illərində Müsə­lman olmuşdu. İşgəncələr artınca da ikinci hicrət karvanıyla Həbəşistana yola düşdü. Bir müddətdən sonra Peyğəmbərimizin Mədinəyə hicrət etdiyini xəbər aldı. Həbəşistanda artıq qala bilmədi, Məkkəyə qayıtdı. Oradan Mədinəyə hicrət etmək istəsə də, atası və qohumu onu buraxmadılar. Həbs etdilər və ağır işgəncələr verdilər. Uzun müddət həbsdə qalan Hz. Hişam yalnız Xəndək döyüşündən sonra Mədinəyə hicrət edə bildi. Bundan son­ra Peyğəmbərimizlə birlikdə bütün döyüşlərdə iştirak etdi. Böyük qəhrəmanlıqlar göstərdi.

Peyğəmbərimiz onu çox sevərdi. Hədislərin birində: “Asın övladları Hişam və Amr mömindirlər”, ‒ buyuraraq onların imanlarına şahidlik etdi.

Hz. Hişam qardaşı Amr bin As (r.a.) kimi qəhrəmanlıq və cəsarətiylə tanını­rdı. Hz. Əbu Bəkir və Hz. Ömərin xilafəti dövrlərində edilən döyüşlərə qatıldı. Bö­yük qəhrəmanlıqlar göstərdi. Adı şəhid edildiyi Əcnadin döyüşündə dastanlaşdı. Bu döyüşdə bizanslıların sayı həddən çox idi. Döyüş əsnasında müsəlmanlar zəifləməyə başladı. Bu, Hz. Hişamı çox kədərləndirdi: “Ey Müsəlmanlar, mənə tərəf gəlin. Mən Hişam bin Asam. Mənə tərəf gəlin. Cənnətdən qaçırsınız?!” ‒ deyə səsləndi. Sonra da bizanslıların cərgəsini yara-yara qoşunun içinə doğru irəlilədi. Bir neçəsini öldürdükdən sonra, aldığı ağır yaralarla şəhidlik mərtəbəsini qazandı. Bu hadisə hicrətin 13-cü ilində baş verdi…

Hz. Ömər onun şəhid olduğu xəbərini alınca: “Allah ona rəhmət etsin! İslamın ən yaxşı xadimlərindən biri idi”, ‒ deyib onun xidmətlərinə böyük qiymət verdi.

Hişamın şəhid edilməsindən sonra Müsəlmanlar Hz. Amrdan soruşurlar ki, o, fəzilətlidir, yoxsa qardaşı? Hz. Amr: “Yaşda mən, fəzi­lətdə Hişam!” ‒ deyə cavab verdi. Bunun səbəbini də belə izah etdi: “İslamiyyət hər ikimizə də ərz edildi. O, dərhal qəbul etdi, mən isə başlanğıcda rədd etdim. Hər iki­miz də şəhid olmaq üçün dua etmişdik. Onun duası qəbul oldu”.

Allah hər ikisindən də razı olsun! [1]


[1] Təbəqat, 4: 191-194; Üsdül-Ğabə, 5: 63; Müstədrək, 3: 240

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.