Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hündür boyu ilə seçilən səhabələr

Tarix: 04.05.2013 | Bu məqalə 834 dəfə oxunub.

Sonra Bizans əsgəri oturdu və əlini Məhəmməd ibn Hənəfiyyəyə uzatdı. Məhəmməd ibn Hənəfiyyə onu bir göz qırpımında havaya qaldırıb yerə çırpdı. Müaviyə buna çox sevindi. Sonra Qeys ibn Übadənin paltarını istəyərək ən uzun Bizans döyüşçüsünə verdi. Paltarı sinəsinə qədər çəksə də, ətəkləri yerə dəydi. Bizanslılar onun üstünlüyünü etiraf etdilər.[9]

Digər hündür boylu səhabə isə Zübeyr ibn Avvamdır. O, miniyə minəndə ayaqları yerlə sürünürmüş.

Məhəmməd ibn Rəbi deyir: “İslamda on nəfərin boyu on qarış idi. Bunlar Übadə ibn Samit, Sad ibn Muaz, Qeys ibn Sad ibn Übadə, Cərir ibn Abdullah əl-Becəli, Addiy ibn Hatim ət-Tai, Amr ibn Madikərib əz-Zübeydi, Əşas ibn Qeys əl-Kindi, Ləbid ibn Rəbiə, Əbu Zeyd ət-Tai və Amr ibn Tufeyl idi. Tuleyha ibn Huveylidin də uzun boylu olması haqda rəvayət var.[10]

Munaqqa ibn Husayn rəvayət edir: “Mən Allah Rəsulunun yanına gəldim, o bir dəvənin üstündə idi. Əsəd (r.a.) isə yerdə dayanmışdı. Onun başı Rəsulullahın (s.a.s.) başı ilə bərabər səviyyədə idi. Onun kimi hündür boylu insan görməmişəm. Ona yaxınlaşanda elə bildim yuxarıdan üstümə aşır”.[11]



[1] Üsdül-ğabə, 4/180.

[2] Qalaqaşəndi, Sübhül-əşa, 1/447.

[3] İbn Əsakir, Müxtəsərü-tarixi Dəməşq, 6/35.

[4] Qalaqaşəndi, Sübhül-əşa, 1/447-448.

[5] İbn Sad, Təbəqat, 4/13.

[6] İbn Sad, Təbəqat, 4/23

[7] Bu səhabənin Qeys ibn Übadə olduğunu da rəvayət edirlər.

[8] İbn Əsakir, Müxtəsərü-tarixi-Dəməşq, 21/113-114.

[9] İbn Əbdülbərr Qeysin paltarı ilə bağlı deyilənlərin uydurma olduğunu irəli sürür. İstiab, 3/231; Üsdül-ğabə, 4/427

[10] Üsdül-ğabə, 3/95

[11] Heysəmi, Məcməüz-zəvaid, 3/505; İbn Sad, Təbəqat, 7/63.

 

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.