Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hz. Əbu Bəkir dövründə səhabələrin hərb əsnasında İslamı təbliğ etməsi

Tarix: 08.05.2013 | Bu məqalə 828 dəfə oxunub.

Hz. Xalidin Rum sərkərdəsi Cərəcəni İslama dəvət etməsi və Cərəcənin müsəlman olması

Vaqidi və ddigərləri rəvayət edirlər: “Yərmuk döyüşündə Rum qoşun sərkərdələrindən biri olan Cərəcə cərgədən kənara çıxıb Xalid ibn Vəlidi çağırdı. Xalid gəldi. Bir-birinə o qədər yaxınlaşdılar ki, atları boyun-boyuna dayandı. Cərəcə: “Ey Xalid, mənə xəbər ver və doğrunu söylə, yalan danışma! Çünki azad insan yalan danışmaz. Hiyləyə də əl atmaz, çünki zadəgan olan və Allah adından elçilik edən insan əsla hiyləyə sapmaz! Allah sizin Peyğəmbərinizə göydən bir qılınc endirmiş, o da onu sənə veribmiş. Sən o qılıncı çəkib hücum etdiyin vaxt heç kim qarşısında dayana bilmir, onları, şübhəsiz, məğlub edirsən, bu, doğrudurmu?” – deyə soruşdu. Xalid: “Xeyr!” – dedi. “Yaxşı, onda sənə niyə “Allahın qılıncı” deyilir? Bunu izah et!” – deyə soruşdu. Həzrəti Xalid:

– Allah bizə Peyğəmbərini göndərdi. O da bizi İslama dəvət etdi. Biz də əvvəllər ondan qaçdıq. Sonra bəzilərimiz onu təsdiqləyib onunla birləşdi, bəzilərimiz isə təkzib edib ondan uzaq oldu. Mən də inkar edib uzaq olanların arasında idim. Sonra Allah bir inayəti ilə hidayət bəxş etdi. Biz də Peyğəmbərimizə beyət etdik. Bununla əlaqədar mənə:

– Sən Allahın müşriklərə qarşı çəkdiyi qılınclarından bir qılıncsan! – buyurdu və Allaha dua etdi, mənə kömək etsin deyə. Buna görə də “Seyfullah” adı ilə çağrılıram. Müsəlmanların cərgəsində dayanan bir insan və müşriklərin ən amansız düşmənlərindənəm, – cavabını verdi. Cərəcə: “Yaxşı, Xalid, nəyə dəvət edirsiniz?” – deyə soruşdu. “Allahdan başqa ibadətə layiq bir ilah olmadığına inanmağa, Məhəmmədin Allahın qulu və Rəsulu olduğuna şəhadət gətirməyə və Allah dərgahından gələn həqiqətlərə iman etməyə!” – cavabını verdi.

Cərəcə: “Bu dəvətinizi qəbul etməyənlərə qarşı münasibətiniz necədir?” – deyə soruşdu. Həzrəti Xalid: “Cizyə istəyirik. Əgər cizyə versələr, onları qoruyurıq,” – dedi. “Yaxşı, bəs verməsələr?” – soruşdu Rumlu qoşun başçısı. Həzrəti Xalid: “Müharibə elan edər, onlarla döyüşərik,” – deyə cavab verdi. Cərəcə: “Bu gün sizin dəvətinizi qəbul edib razılıq edib bu gün bu dinə girənin mövqeyi necə olur?” – deyə soruşdu. Həzrəti Xalid: “Allahın bizə fərz buyurduğu əmrlər qarşısında zadəgan nəslindən gələnlərlə sadə xalqımız, İslama ilk qəbul edənlərimizlə sonradan müsəlman olanlarımız arasında heç bir fərq yoxdur, mövqelərimiz eynidir,” – deyə cavab verdi.

Cərəcə: “Sizə bu gün qoşulan insanın da mükafatı sizinki qədərdir?” – deyə soruşdu. Həzrəti Xalid: “Bəli! Hətta daha çoxdur,” – dedi.

Cərəcə: “Yaxşı, siz ondan daha əvvəl müsəlman olduğunuz halda, sizinlə eyni mövqedə necə olur?” – deyə soruşdu.

Həzrəti Xalid: “Biz bu məfkurəsi məcburi olaraq mənimsədik. Peyğəmbərimizə beyət edərkən o, aramızda idi, Ona səmadan vəhylər gəlirdi, bizə Quranla xəbərlər verirdi, möcüzələr göstərirdi. Gördüklərimizi görənlərin, eşitdiklərimizi eşidənlərin İslamı qəbul edib beyət etməsi qaçılmaz idi. Amma siz bizim şahid olduğumuz xariqüladə halları və dəlilləri nə gördünüz, nə də eşitdiniz! Bu səbəbdən sizdən bu dini səmimi qəlbdən qəbul edənlər bizdən daha üstündür,” – cavabını verdi. Cərəcə: “Allah üçün söyləmək lazım gəlsə, mənə doğruları söylədin, hiylə və yalana əl atmadın,” – dedi. Xalid: “Vallah, sənə doğru söylədim. Çünki soruşduğun məsələlərə verdiyim cavablar mənə deyil, Allaha aiddir,” – deyincə Cərəcə qalxanını çevirib Xalidin yanına keçdi və: “Mənə İslamı öyrət,” – dedi.

Həzrəti Xalid onu çadırına apardı. Üstünə bir tuluq su tökəndən sonra ona iki rükət namaz qıldırdı. Rumlular Cərəcənin Xalidlə birlikdə qayıtdığını görüncə müsəlmanlara elə hücum etdilər ki, İkrimə b. Əbu Cəhil ilə Haris b. Hişamın əmrindəki dəstələrdən başqa bütün İslam ordusu geri çəkilmək məcburiyyətində qaldı. Bunun ardınca Xalid ilə Cərəcə atlarına mindilər. O əsnada rumlular İslam ordusunun ortasınadək çıxmışdılar. Xalid orduya səslənincə müsəlmanlar hücuma keçdilər. Rumlular əvvəlki mövqelərinə çəkildilər. Xalid düşmən üzərinə yürüş əmrini verdi, qılınc-qılınca çarpışmağa başladılar. Xalid ilə Cərəcə günəş çıxandan qüruba enənə qədər  Rum ordusu ilə qılınc çaldılar. Müsəlmanlar günorta və əsr namazları işarə ilə qıldılar. Cərəcə (Allah Rəhmət etsin) şəhid oldu. Xalidlə qıldığı o iki rükətdən başqa namaz qıla bilmədi”.[2]



[1]. el-Hindi, Kənzul-Ummal, 4/654(11008)

[2]. İbn Kəsir, əl-Bidayə, 7/12.

 

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.