- Səhabələr - https://sehabe.meneviyyat.az -

İslamın Məsihi

Əsl adı Cündüb ibn Cünadə olan[1] Əbu-Zərr daha çox künyəsi ilə tanınır. Əbu Zərr əl-Qifari İslamın gəlişindən  üç il əvvəl Allaha ibadət etdiyini demişdir.

O, sadə həyat tərzini sevən bir səhabə idi. Dünya malına meyl etməzdi. Buna görə də Peyğəmbərimiz (s.a.s) ona “Mə­sihül-İslam” ləqəbini vermişdir. O, Rəsulullahın və­fa­tından sonra dünyadan əl çəkərək özünü ibadətə həsr etdi. Əbu Bəkrin vəfatından sonra daha da təcrid olundu. Allah Rə­sulunun (s.a.s) həsrətinə dözə bilməyən Əbu Zərr Şam şə­hə­rinə köçdü.

Həzrət Osmanın (r.a.) xəlifəliyi dövründə Xilafətin ərazisi daha da genişləndi və Müsəlmanlar fərqli mədəniyyətlərlə tanış oldular. Fərqli adət-ənənələrlə tanışlıq Müsəlmanları fani dünyaya daha çox cəlb etməyə başladı. İnsanlar firavan həyata alışdı, Peyğəmbər (s.a.s.) zamanına xas sadə həyat unuduldu. Belə bir dövrdə dünyadan üz döndərən az sayda insanlardan biri də Əbu Zərr idi. O, zahidanə bir həyat yaşayırdı. Dünya malında gözü yox idi. Dünya malına meyl edənlərə nəsihət və xəbərdarlıq edirdi.[2] Vəfat edəndə qalan mirası uçuq bir evi, bir-iki qoyun və keçisindən ibarət idi.



[1] İbn Əsir, Üsdül-ğabə, 6/99-101

[2] Şamil İslam Ensiklopediyası